ABŞ prezidentindən CNN və "New York Times"ə ittiham: "Tarixin ən uğurlu əməliyyatını..."

img

25-06-2025 [07:20]


Prezident Donald Tramp CNN və "New York Times"ı yalançılqı və saxta xəbərlər yaymaqda ittiham edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb.

Tramp adıçəkilən media orqanlarının ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrinin nüvə obyektlərinə tam təsir etmədiyi, yalnız işi bir neçə ay gecikdirdiyi haqda xəbərlərini qəzəblə qarşılayıb: "Saxta xəbər kanalı CNN, uğursuz "New York Times"la birlikdə tarixin ən uğurlu hərbi hücumlarından birini etibarsızlaşdırmaq üçün birləşiblər. İrandakı nüvə obyekti tam məhv edilib. Bu iki media orqanı belə yalanlarına görə ictimaiyyət tərəfindən amansızlıqla tənqid olunur"

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA