Qəzənfər Paşayev niyə diplomat ola bilmədi? - MÜRACİƏT
25-06-2025 [00:07]
2022-ci ildə imtahan və müsabiqələrdən uğurla keçərək xarici İşlər Nazirliyində işlə təmin olunacağını gözləyən, lakin aydın izahat verilmədən arzu və karyerasının üzərində xətt çəkilən Bakı şəhəri sakini, hazırda küskün şəkildə ölkədn ayrılaarq xaricdə işləyən Qəzənfər Malik oğlu Paşayev Mia.az-a növbəti müraciət edib.
O, saytımızda vaxtilə yayımlanan iki şikayəti ilə bağlı yekun fikirlərini bölüşüb.
Onun növbəti müraciətini olduğu kimi təqdim edirik:
"Hörmətli Redaksiya,
Xatırlayırsınızsa, bir neçə vaxt öncə Xarici işlər nazirliyi barədə şikayətimlə bağlı bir neçə məqalə dərc etmişdiniz.
https://www.mia.az/w1065835/1065835
https://mia.az/w1069906/1069906
Qeyd edim ki, proses yekunlaşdı.
Proseslə bağlı yekun fikirlərimi əks etdirən məqalə yazdım. Saytınızda dərc etsəniz çox məmnun olaram.
Gənclər niyə kütləvi şəkildə ölkəni tərk edir?
Bu gün Azərbaycanın ən ağrılı və bir o qədər də cavabsız suallarından biri budur: Niyə bu qədər gənc ölkəni tərk edir? Sadəcə iş və maaş deyil məsələ. Gəncləri ölkədən qovan əsas səbəb ədalətsizlikdir, tanınmamaqdır, dəyər verilməməkdir.
Mən, Qəzənfər Malik oğlu Paşayev, ixtisasca hüquqşünasam. Bu günə qədər İtaliya, Yunanıstan, Malta, Türkiyə kimi müxtəlif ölkələrdə və Azərbaycanda hüquq sahəsində çalışmışam. İngilis və italyan dillərində sərbəst danışıram.
2014-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra təhsilimi artırmaq və ölkə üçün daha faydalı kadr olmaq məqsədilə Azərbaycanı müvəqqəti tərk edib dünyanın ən qədim universiteti olan Bologna Universitetində təhsilimi davam etdirdim. Orada italyanca hüquq təhsili aldım. Təhsilimdən sonra bir neçə il İtaliyada və Türkiyədə bir neçə şirkətdə hüquqşünas kimi işlədim. Beynəlxalq təcrübə topladım, amma bütün bu illər ərzində bir arzum vardı — bütün bilik və təcrübəmi bir gün Vətənimdə tətbiq etmək.
Bu səbəbdən Azərbaycana qayıtdım. Hüquqşünas kimi çalışdım, dövlət qurumlarında, məhkəmələrdə təmsilçilik etdim. İtaliya və Azərbaycan hüquq sistemləri arasında müqayisələr aparır, daim təhlillərlə işimi daha da təkmilləşdirirdim.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başladığı zaman vətənpərvərlik hissləri məndə də ən yüksək həddə çatdı. İtaliyada olan bəzi mətbu orqanların və şəhər bələdiyyələrinin Azərbaycan əleyhinə yaydığı yanlış məlumatlara qarşı məktublar yazır, onlara münaqişə ilə bağlı beynəlxalq hüquqa əsaslanan izahlar göndərirdim. Bəzən bu məktublar nəticə də verirdi. Və bu zaman başa düşdüm ki, mən ölkəmi diplomatik sahədə də təmsil edə biləcək qədər hazırlıqlıyam və bu işdən zövq alıram.
Xarici dil biliklərim, beynəlxalq hüquqi təcrübəm, Qarabağ müharibəsinin ağrılarını yaşamış bir ailənin övladı olmağım və içimdəki vətən sevgisi məni bu sahəyə yönləndirmişdi. Mən də bu məqsədlə 2021-ci ildə Xarici İşlər Nazirliyinin elan etdiyi diplomatik xidmətə qəbul imtahanlarında iştirak etdim.
Həmin il ölkə Prezidenti cənab İlham Əliyev yeni təyin olunmuş Xarici İşlər Naziri Ceyhun Bayramovu qəbul edərkən demişdi:
"Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir."
Bu çıxış mənim üçün ilhamverici oldu. Və çox qısa müddət sonra keçirilən imtahanların test, yazılı və şifahi mərhələlərinin hamısını uğurla keçdim. Mənə yazılı və şifahi şəkildə bildirildi ki, uğur qazanan namizədlər siyahısına daxil edilmişəm və yaxın zamanlarda diplomatik vəzifəyə təyin olunacam. Bütün ölkə saytlarında xəbər yayıldı: Xarici İşlər Nazirliyində 69 nəfər diplomatik xidmətə qəbul olunub, onlara uğurlar arzu edirik!
Mən də o siyahıdaydım. Lakin bir müddət sonra uğur qazanmış namizədlərin bəziləri ehtiyat siyahıdan çıxarılaraq vəzifəyə təyin edildi. Mən və digər təxminən 40-a yaxın namizəd isə hələ də ehtiyat siyahıda gözləyirdik. Halbuki mənim nəticələrim bir çox təyin olunmuş şəxslərdən daha yüksək idi.
Buna baxmayaraq, yenə də etiraz etmədim. İnandım ki, sistem gec də olsa, haqqı yerinə qoyacaq.
Bu gözləmə dövründə mənə Yunanıstandan iş təklifi gəldi. Nazirliyə bu barədə məlumat verdim. Mənə dedilər ki, qarşıdakı 5-6 ay ərzində sizi də çağıracağıq. Mən də dil biliklərimi və beynəlxalq təcrübəmi daha da artırmaq üçün Yunanıstana yollandım. Amma 1 il 6 ay ərzində məni və mənim kimi bir neçə yüksək nəticə göstərmiş namizədi çağırmadılar.
Nəhayət, 18 ay sonra Nazirlikdən mənə zəng gəldi. Ümidlə ölkəyə döndüm. Düşündüm ki, nəhayət, əziyyətim bəhrəsini verib. Lakin Nazirliyin Kadrlar İdarəsinin rəisi Raman Məmmədov mənə dedi ki, bütün yüksək göstəricilərimə baxmayaraq, guya barəmdə diplomatik vəzifəyə təyinatıma mane olan hallar aşkar olunub.
Ən absurd məqam isə odur ki, həmin "maneələrin" nədən ibarət olduğunu soruşduqda, belə cavab aldım: “Bu barədə məlumat vermək mənim vəzifəm deyil.”
Mən hüquqşünasam. Hüquqlarımı qorumaq üçün məhkəməyə üz tutdum. Amma birinci instansiya məhkəməsi Nazirlik nümayəndəsinin cəmi iki cümləsi əsasında mənim əleyhimə qərar çıxardı. Apellyasiya məhkəməsində isə bir dəfə dedilər ki, guya bilərəkdən təhrif olunmuş məlumat vermişəm, sonra isə dedilər məxfi sənəd var. O sənəd mənim barəmdədirsə, niyə mənə təqdim edilmir? Halbuki qanunla bu tələb olunur.
Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur. Nazirliyin müsabiqə zamanı təqdim etdiyi rəsmi ekspert rəyi isə göstərir ki, mən diplomatik xidmət üçün lazım olan bütün keyfiyyətlərə malik bir namizədəm.
Bəs necə oldu ki, 1 il 6 ay sonra qəfildən “maneələr” tapıldı? Nə mən, nə də mənim kimi digər yüksək nəticə göstərmiş namizədlər təyin olunmadı, amma azərbaycanca belə sərbəst danışa bilməyən şəxslər diplomatik vəzifəyə gətirildi.
Bu, sadəcə mənim deyil, yüzlərlə gəncin ruhunu sındıran reallıqdır.
Ən sarsıdıcı məqam isə budur: Hüquqşünas olsam da, öz hüquqlarımı müdafiə etmək gücündə ola bilmədim. Qayıtdım ki, ölkəmə xidmət edim, amma qarşıma qapalı qapılar çıxdı.
Və özümə verdiyim sual bu oldu: Qalmaqla, mübarizə aparmaqla nəyə nail olacağam? Cavab: Heç nəyə.
Ona görə də bir neçə ay əvvəl ölkəni tərk etdim. Karyeramı xaricdə davam etdirmək qərarı verdim. Çünki bu sistem daxilində susaraq yaşamaq, bacarıqlarımı boğmaq istəmədim.
Mən tək deyiləm. Mənim kimi yüzlərlə savadlı, vicdanlı, potensiallı gənc bu ölkədən küskün şəkildə gedir. Sadəcə diplomatiya deyil, təhsil, tibb, hüquq, elm — bütün sahələrdə bacarıqlı gənclər itirilməkdədir.
Və əgər bu yanaşma dəyişməzsə, bir neçə il sonra nəticələrini çox acı şəkildə görəcəyik. Əgər viza məhdudiyyətləri olmasa, bəlkə də savadlı bir nəfər belə Azərbaycanda qalmaz.
Bu hekayə təkcə mənim həyat yolum deyil. Bu, bir gəncin yox, bütöv bir nəsilin mübarizəsinin xronikasıdır. Gənclər ölkəni tərk edir, çünki onları bu ölkədə layiq olduqları yerə qoymurlar. Onlar susmur, sadəcə dinlənilmədikləri üçün gedirlər. Gedərkən heç bir körpünü yandırmaq istəmirlər, amma arxalarında onları yandıran sistem qalır.
Əgər biz bu ölkədə savadı yox, tanışı, peşəkarlığı yox, itaəti, vəfası yox, vəsaiti üstün tutmağa davam etsək, qarşıda bizi böyük bir intellektual boşluq gözləyir. O boşluğu heç bir təbliğat, heç bir "uğur hesabatı" doldura bilməyəcək.
Əgər bu gün sistem haqlı olanı tanımırsa, sabah artıq tanımağa namizəd bir nəsil də qalmayacaq.
Bu gün bacarıqlı gənclərin ölkədən getməsinə sadəcə təəssüflənmək yox, çarə axtarmaq lazımdır. Əks halda, sualımız belə olacaq: "Bu ölkədə niyə artıq qalmaq istəmirəm?"
Hörmətlə,
Qəzənfər Malik oğlu Paşayev".
MİA.AZ
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də + FOTOLAR
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı