NAXÇIVAN ALİ MƏCLİSİ İLƏ NAZİRLƏR KABİNETİNİN SƏLAHİYYƏTİ DƏYİŞİR - Nələr olacaq? (YENİLƏNİB)
SİYASƏT
20.06.2025, 11:47
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq.
Mia.az xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.
***
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələr əlavə edilir.
Mia.az xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilir, bir maddə (maddə 5) çıxarılır. Həmçinin bir sıra maddələrdə və Preambula hissəsində isə dəyişikliklər edilməsi təklif olunur.
Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.
Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Layihədə əlavə edilməsi nəzərdə tutulan digər maddə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması" adlı 28-1-ci maddədir. Bu maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması qeyd olunur.
Konstitusiya Qanunu layihəsində nəzərdə tutulan dəyişikliklərdən biri də "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi adlı 5-ci maddənin çıxarılmasıdır.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Respublikası Prezidenti təyin edəcək (maddə 13, hissə II).
Bundan başqa, layihədə Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur (maddə 18, hissə IV).
Konstitusiya Qanunu layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək (maddə 24, hissə II).
Layihəyə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq (maddə 29, hissə II).
Nəzərdə tutulan digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir (maddə 32.4-1).
Konstitusiya Qanunu layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək (maddə 34).
Layihədə həmçinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin aktlarının artıq qərar deyil, sərəncam adlandırılması nəzərdə tutulub (maddə 33).
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək (maddə 50).
Layihədə həmçinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər nəzərdə tutulub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şahdağa qar yağır - Faktiki hava
Bugün, 11:38 GÜNDƏM
-
UKRAYNA TAKTİKANI DƏYİŞİB - Rusiyanın logistika mərkəzləri sıradan çıxarılır, yeni antidron silahı da işə salındı
Bugün, 11:38 GÜNDƏM
-
Uşaqlar səhnədə möcüzə yaratdı: “Nağılçı” səfirləri heyran qoydu (FOTOLAR)
Bugün, 11:31 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Somali liderini təbrik edib
Bugün, 11:21 GÜNDƏM
-
Hafiz Paşayev Emin Əmrullayevə tələbələrin qarşısında belə dedi: "Hərdən başa düşmürəm nə deyirsiniz” - VİDEO
Bugün, 11:15 CƏMİYYƏT
-
Qanunsuz qumar oyunları təşkil edənlər yenidən hakim qarşısına çıxarılır
Bugün, 11:05 KRİMİNAL
-
İnam Kərimov Məhkəmə-Hüquq Şurasının üzvlərini topladı: nələr müzakirə olunub?
Bugün, 10:59 CƏMİYYƏT
-
Tovuzda 32 yaşlı kişi öldürülüb
Bugün, 10:45 KRİMİNAL
-
“Beşiktaş” “Arsenal”la anlaşdı - Futbolçu ilə danışıqlar gedir
Bugün, 10:28 İDMAN
-
İsraildə orduya bağlı böhran – Büdcəni artırmaq tələbi nazir tərəfindən rədd olundu
Bugün, 10:23 DÜNYA
-
Yunanıstanda meşə yanğın: iki nəfərin meyiti tapılıb
Bugün, 10:18 DÜNYA
-
Leyla Əliyeva Anar Ələkbərovla birgə Şəkidə - FOTOLAR (YENİLƏNİB)
Bugün, 10:01 GÜNDƏM
-
Oxu.az xəbər saytının 13 yaşı tamam olur
Bugün, 09:58 PRESS
-
Azərbaycan nefti qiyməti cüzi ucuzlaşdı
Bugün, 09:52 İQTİSADİYYAT
-
İsrail ordusu Livanın cənubunda geri çəkilməyi dayandırıb
Bugün, 09:28 DÜNYA
-
Azərbaycanda qadın və kişilər arasında pensiya yaşı bərabərləşdi
Bugün, 09:12 İQTİSADİYYAT
-
DÇ-2026: Meksika yığması Ekvadoru məğlub edib
Bugün, 09:08 İDMAN
-
DÇ-2026: Fransa İsveçi 3 qolla "yıxdı"
Bugün, 09:02 İDMAN
-
Məşhur aparıcı telekanaldan ayrıldı
Bugün, 00:24 PRESS
-
“Fənərbağça”nın prezidentinin evində gənc qadın ölüb
Bugün, 00:12 DÜNYA
-
Sabiq spiker Ərdoğandan sonrakı dönəm üçün elə iddia irəli sürdü ki… - “O, qalxıb deyə bilməz ki, qardaşım…”
Bugün, 00:05 SİYASƏT
-
Xanımı İbrahim Borçalıdan üzr istədi: "Onu əlimdən buraxdığım üçün..."
Bugün, 00:01 ŞOU-BİZNES
-
Türkiyənin daha iki şəhərində kütləvi tədbirlərə qadağa qoyulub - NATO sammitinə görə
30.06.2026, 23:14 DÜNYA
-
DÇ-2026: Norveç yığması növbəti mərhələyə yüksəldi
30.06.2026, 22:58 İDMAN
-
Türkiyə F-16-ları Afrika ölkəsində əməliyyatda – Minlərlə km uzaqlıqda terror yuvaları vuruldu
30.06.2026, 21:17 GÜNDƏM
-
Nepalda quş qripi sürətli yayılır – 570 min quş məhv edildi
30.06.2026, 19:43 DÜNYA
-
Kılıçdaroğlu daha 26 təşkilat sədrini vəzifədən azad etdi, 7 nəfər isə... - SİYAHI
30.06.2026, 19:07 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Onlar Bakıda yenidən hakim qarşısında + FOTOLAR
30.06.2026, 19:07 GÜNDƏM
-
Məcburi köçkün statusu ləğv olundu: bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək - DEPUTAT YAZIR
30.06.2026, 19:02 YAZARLAR
-
Ceyhun Bayramov Katrin Bomberger ilə müzakirə apardı - AÇIQLAMA
30.06.2026, 18:10 SİYASƏT
-
Dövlət Ehtiyatları Agentliyi yerli fermerlərdən buğda alacaq
30.06.2026, 18:01 İQTİSADİYYAT
-
Baş nazirin xanımının ölkədən çıxışına qoyulan qadağa götürüləcək? - İstintaqın cavabı gözlənilir
30.06.2026, 17:41 DÜNYA
-
“Beşiktaş” "Bavariya"lı qapıçını almaq istəyir
30.06.2026, 17:27 İDMAN
-
Müsəlman ölkəsində 7 deputat qandallandı - Qadın deputatın isə evindən elə şeylər çıxdı ki… (FOTOLAR)
30.06.2026, 17:16 DÜNYA