Prezident İlham Əliyev Kahramanmaraşda - "Azərbaycan" məhəlləsinin açılışı oldu, mühüm mesajlar verildi (FOTOLAR, YENİLƏNİB)
19-06-2025 [19:24]
İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi:
-Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan.
Sayın tədbir iştirakçıları, əziz kahramanmaraşlılar.
İlk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm.
Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər.
Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir.
Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.
Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır.
“Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.
Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.
Bu gün ilk dəfə olaraq bu gözəl diyarı ziyarət edirəm. Mən Türkiyənin bir çox yerində olmuşam. Gözəl Türkiyənin gözəl təbiətini görmüşəm. Burada da, qədim türk torpağı Kahramanmaraşda olmağımdan da çox məmnunam. Kahramanmaraşlılar dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər. Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır. Bu, təbii ki, bir daha kahramanmaraşlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir.
Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var.
Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!
Sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi.
Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoydular.
Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsdilər.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsini gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.
Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu.
Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi.
Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi.
Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.
2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.
“Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.
***
Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışı olub.
Mia.az xəbər verir ki, mərasimdə açılışın rəmzi lenti kəsilib.
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimində ailələrə mənzillərin açarları təqdim olunub.
***
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edib.
***
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 19-da Kahramanmaraşda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib.
Mia.az xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Prezident İlham Əliyev Xankəndidə: "Əsas odur ki, öz doğma torpağınızdasınız" - FOTOLAR (Yenilənib)
ABŞ-dan ölkədə qanunsuz yaşayan miqrantlara mesaj: "Könüllü ölkəni tərk et, 3 min dollar al!"
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb - Bakıda + FOTOLAR
Qənimət Zahidə hökm oxundu - 7 il həbs cəzası kəsildi
İran prezidenti İlham Əliyevə zəng edib
"Ata Abdullayev amnistiyaya düşmür" - Vəkil xəbəri təkzib etdi
SABİQ REKTORA HÖKM OXUNDU - Məhkəmə iclası
Ceyhun Bayramov UNESCO-nun yeni Baş katibi ilə müzakirə aparıb
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
İsrail Qəzzaya yenə zərbə endirib - Ölənlərin sayı 70.942-yə çatıb
Elmar Baxşıyev istefa verib
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BƏYLƏR ƏYYUBOVUN QARDAŞI OĞLU QANDALLANDI: 5 milyonluq qaçaqmalçılıq işi üzrə həbslər başlayıb - AÇIQLAMA (YENİLƏNİB)
İran vətəndaşı saxlanılıb - 41 kq narkotiklə...
Prezident Ballıcada istehsal müəssisəsinin açılışında - FOTOLAR
Bir vəkil kollegiyadan xaric olunub
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar - FOTOLAR
Prezident Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
İordan çayının Qərb Sahilində əməliyyat: 40 fələstinli saxlanılıb
Zelenski: "Putin bu zərbələrlə müharibəni dayandırmaq istəmədiyini bir daha sübut edib"
Tramp qubernatoru ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin etdi - Qarşı tərəf etiraz bəyanatı verdi
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Deputatlar bu tarixdə toplanacaq
Sabah bəzi yerlərdə yağış yağacaq
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq - Deputatlar yeni qanunu təsdiqləyib
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ YENİ QANUN QƏBUL OLUNDU
Müəllimlərin işə qəbulu imtahanı: ikinci mərhələ pullu olacaq - Yeni qanun qəbul edildi
"Amazon" Şimali Koreyalıdann olan "işçilər"ə "yox" dedi - 1800 agentin müraciət geri qaytarılıb
ABŞ-la sərhəddə təyyarə qəzaya uğradı - 5 nəfər ölüb
Tokayev İlham Əliyevə məktub göndərdi: "Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və..."
Nizami Tibb Mərkəzinə direktor təyin edilib
Rəsmi Moskva: "Rusiya ilə NATO arasında münaqişə riski var"
DİN: "Hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq"
Azərbaycan nefti 1.5 dollar bahalaşdı
"Fitch" Ukraynanın kredit reytinqini yüksəltdi