Jurnalist andı... - TƏBRİZ VƏFALI YAZIR
17-06-2025 [09:06]
Təbriz VƏFALI
Azərbaycan İnformasiya Mərkəzinin direktoru
***
İllər öncə ulularımız, ata-babalarımız duz-çörəyə, müqəddəs kitabımız “Qurani-Kərim”ə, qılınca, xəncərə and içərdilər. Sonralar bayraq da and yeri, and vasitəsi kimi qəbul olundu. Və sonunda ölüm olsa belə, əcdadlarımız nəyin bahasına olusa olsun, andlarını yerinə yetirər, vədlərinə əməl edərdilər. Çünki o dövrlərdə söz, and və vəd namus sayılırdı. Kimsə vədinə, sözünə, andına xilaf çıxıb namərd olmaq, şərəfsiz kimi anılmaq istəməzdi.
Zaman keçdikcə, andiçmə, sözvermə müasir standartlara, dövrün tələblərinə uyğunlaşdırlsa da, mahiyyət dəyişmədi. Məsələn, Prezident seçilmiş İlham Əliyev inaqurasiya mərasimində əlini Azərbaycan Respublikası Konstitutsiyasının üzərinə qoyaraq dövlət başçısı səlahiyyətlərini həytata keçirərkən sözügedən konstitutsiyaya əməl edəcəyinə, dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içib.
Dövlət himni səsləndikdən sonra Prezident Qurani-Şərifə də and içib ki, Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacaq və onları daim uca tutacaq.
Sonra Prezident İlham Əliyev təzim edərək dövlət bayrağını öpüb.
Andiçmə mərasimi tibb sahəsində də mövcuddur və “Hippokrat andı” tibb işçilərinin əxlaq kodeksi hesab olunur. Sanki dövlət tədbiri kimi keçirilən andiçmə mərasimində tibb universitetinin məzunları and içirlər ki, hansı evə daxil olacamsa, ancaq xəstənin xeyrini düşünəcəm. Kişi və qadınların bədəninə sui-istifadədən çəkinəcəm, insanların bütün xəstəliklərini bir sirr olaraq saxlayacam və sair. Andın sonunda gələcəyin həkimləri bu anda sadiq qalmayacaqları təqdirdə Allahdan özlərinə bədbəxtlik arzu edirlər.
Universitet məzunları bu andı sözlü qəbul etdikdən sonra dövlət himni səslənir. Daha sonra hər bir məzun həkimlik andına imza atır və sənəd möhürlənir.
Məcburi hərbi xidmətə alınan şəxslərin oxuduqları and - “Hərbi and” var və bu, dövlətə və orduya sədaqətlə bağlıdır. Vətəndaş Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olarkən, Vətəni Azərbaycana və onun xalqına sadiq olacağına and içir...
Bu gün Azərbaycanda əksər dövlət qurumlarının himni var və onlar dövlətin rəsmi himni ilə eyni məna daşımaqla və ölkənin milli atributlarından biri sayılmaqla bərabər milli kimliyi, müsətqilliyi və qüruru təcəssüm etdirir...
Dövlət bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi sayılır. Analoji rəmzi özlərinə şüar kimi qəbul edən əksər dövlət qurumlarının şəxsi bayraqları var...
Bu ilin iyul ayında Azərbaycan Milli Mətbuatının 150 illiyi tamam olacaq. Lakin düynagörmüş, ağsaqqal mediamızın müstəqil himni, bayrağı və “Jurnalist andı” hələ də yoxdur. Bəlkə də bu səbəbədəndir ki, ölkənin media cameəsində andsız, bayraqsız və himnsiz qələm əhli arasında yerli-yersiz rəqabət, paxıllıq, intriqa və şər-böhtan atma kampaniyası uzun illərdir aparılır.
Bəlkə də jurnalistlərin and yeri, and içiləcək bayrağı olsaydı, cibində press-kart gəzdirən 50 mindən çox vətəndaş 2-3 minlik peşəkar jurnalist ordusunun qarşısında diz çökər, saxta jurnalist vəsiqələrini pulla, dostluqla, tanışlıqla və digər yollarla almaqdan və gəzdirməkdən utanardılar.
Bəlkə də bizim and yerimiz və bayrağımız olsaydı, bəzi peşəkar jurnalistlər qeyri-peşəkarlara qurban getməzdi. Əksər peşəkarlar da öz işlərini, vəzifələrini vicdanla yerinə yetirər, qələmlərini pula satmaz, sözə, qələmə hörmətlə yanaşar, vəzifə məsuliyyətini dərk edər, “Hər şey dövlət və xalq üçün” şüarını əsas götürərək sırf peşə fəaliyyətlərini icra edər, etik və peşə davranış qaydalarına əməl edər, reytinq xatirinə, baxış sayı toplamaq xatirinə milli mentalitetimizə, milli mənəvi və ailə dəyərlərimizə zidd xəbərləri hazırlamaz və yaymazdılar.
Bəlkə də bizim himnimiz olsaydı, müxalifətli, iqtidarlı, bir-birlərini bəyənməyən qocaman və gənc nəsilləri təmsil edən jurnalistlərimiz həmrəylik nümayiş etdirər, himnimizi 22 iyulda, Azərbaycanın Milli Mətbuat günündə birgə oxuyardılar.
Mərhum Həsən bəy Zərdabinin ruhunu şad etmək, onun layiqli və sədaqətli davamçısı olduğumuzu sübuta yetirmək və bunu bütün dünyaya bəyanlamaq üçün “bəlkə”lərə son qoyub, and yerimiz olacaq “Jurnalist andı”mızı, bayrağımızı və himnimizi tezliklə hazırlamalıyıq.
Sonra gec olacaq...
MİA.AZ
Tramp İranı yenə hədələdi: "Mən bunu arzulamıram, lakin..."
Müdafiə naziri: "Putin bizi döyüş meydanında məğlub edə bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ hərbçiləri geri çəkildi - Suriya ordusu bazaya girdi
"Neftçi" və "Qarabağ" komandalarının oyunu təxirə salınıb
UEFA Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri bəlli olub
Türkiyə kəşfiyyatının rəhbəri Liviyada - Baş nazirlə görüş olub
"Qalatasaray" prezidenti: "İkardi bizim üçün çox dəyərli oyunçudur"
Ərdoğan parlamentdəki davaya qəzəbləndi: "Heç utanmırsınızmı?"
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
Ordubad şəhəri ICESCO-nun siyahısına salınıb
İsmayıllı rayonunda zəlzələ olub
"Qalatasaray" - "Yuventus" matçının biletləri satışda - Ən baha bilet 1650, ən ucuz isə...
İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadıldı
Energetika naziri Macarıstan səfirini qəbul edib
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
Nazir mərkəz direktorlarını vəzifədən azad etdi - Yeni təyinatlar
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınmayacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib
Əli Həsənov Ramiz Mehdiyevlə bağlı suala cavabdan yayındı
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı - “Li L9 Ultra” avtomobili sahibini tapdı
Dövlət Agentliyi "Azəriqaz"ın tələbini rədd etdi
Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Sərəncam
Bakının oğurluq edən qadın saxlanılıb
"17 milyon az məbləğ deyil, böyük vəsaitdir" - Elmar Məmmədyarov
Azərbaycana deport olunan Gültəkin Hacıbəyliyə niyə zəng çatmır? - SABİQ DEPUTAT HƏBS EDİLMƏYİB (YENİLƏNİB)
Energetika naziri İran səfiri ilə müzakirə aparıb - Açıqlama
"Artıq Mərkəzi Bank da bu "Bank Respublika" ilə bacarmır" - Şikayətçi depozitini ala bilmir
ƏLİ KƏRİMLİ BELƏ SAXLANILIB - Video
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Mahir Səfərli yeni vəzifəyə təyin edildi
Tələbə "Anamla bələdiyyə sədri gizli sevgilidir" dedi, məhkəməlik oldu - Türkiyədə + FOTOLAR
Fermerlərə subsidiya ödənişləri başlayır - Açıqlama
Milli Şura necə və niyə yaranıb? - İttiham aktı
RAMİZ MEHDİYEVİN EVİNDƏN 17 MİLYON NAĞD PUL ÇIXDI - VİDEO
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov.. - DTX həbsin şok detalları və gizli səs yazılarını yaydı (VİDEO)
Leyla Əliyeva bu görüntüləri paylaşdı - VİDEO