"Heç kim yeni bir Orta Dəhliz qurmaq fikrinə düşməməlidir" - Hikmət Hacıyevdən bölgəmizlə bağlı mühüm mesajlar
14-06-2025 [12:58]
"Azərbaycan özünü Orta Dəhlizin iki mühüm iqtisadi güc mərkəzi - Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəf kimi görür".
Mia.az xəbər verir ki, bu sözləri rezidentin köməkçisi Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı və Çin arasında illik ticarət dövriyyəsinin həcmi 700 milyard avrodan çoxdur: “Onlar rəqabət apara bilərlər, lakin biz rəqabəti deyil, onların əməkdaşlıq perspektivini görürük. Kəmər və Yol Təşəbbüsü, həmçinin Avropa İttifaqının “Global Gateway” təşəbbüsləri ilə bağlı bizim görüşümüzün nədən ibarət olduğuna gəldikdə isə, açığı, bunun bizim regionumuza tətbiq edilə biləcəyini anlamaqda çətinlik çəkirəm. Ancaq biz iki konsepsiya arasında daha çox sinerji görürük, daha çox əməkdaşlıq və birgə fəaliyyət görmək istəyirik. Bununla belə, biz öz planlarımızı icra edirik. Avropa İttifaqındakı dostlarımızla müzakirələrdə başqa bir məsələyə toxunmaq istəyirəm ki, kimsə bizdən ötrü yeni Orta Dəhliz qurmağın zəruriliyi təəssüratına qapılmamalıdır. Orta Dəhliz artıq mövcuddur və fəaliyyətdədir. Azərbaycan və tərəfdaşları ona sərmayə qoyur. Başqa tərəfdaşlarımız da gəlib ona qoşula və faydalana bilərlər”.
H.Hacıyev bildirib ki, Azərbaycan özünü regiondakı ticarətin yeni dinamikasına hazırlayır: "Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə sərmayə qoyub və yük daşıma qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün yaxın zamanda əlavə sərmayə yatırıb Bununla yanaşı, Bakı limanlarının imkanlarını genişləndirmək üçün də əlavə sərmayə qoyuruq. Yəni biz özümüzü regiondakı ticarətin yeni dinamikasına hazırlayırıq”.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan tarixən qədim İpək Yolunda yerləşib və sivilizasiyaların dialoquna töhfə verib:
"İkinci komponent coğrafiyadır. Biz şərq-qərb və həmçinin şimal-cənub yollarının kəsişməsində yerləşirik. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra başa düşdük ki, bu iki komponent vacib olsa da, kifayət deyil. Biz coğrafiyamızı və tarixi təcrübəmizi yeni imkanlara çevirməli idik, həmçinin Azərbaycanın dünya okeanına çıxışı olmayan ölkə olduğunu nəzərə alaraq, bunu quru bağlantılarına çevirməyə çalışdıq. Bununla da Azərbaycanın əlaqələndirici xətlərinin qurulmasına və Şərq-Qərb dəhlizinin yaradılmasına başlanıldı. Azərbaycan bu prosesə beş və ya altı mühüm parametrə əsaslanaraq başlayıb. Bu marşrut bizim üçün sadəcə, yükü A nöqtəsindən B nöqtəsinə çatdırmaq imkanı deyil. İlk olaraq biz enerji əlaqələndiriciliyinə və enerji dəhlizinin yaradılmasına başladıq. Bu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa idi ki, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirdi.
İkinci komponent avtomobil yolları və quru marşrutlarıdır. Biz üzərimizə düşəni etdik - avtomobil yollarımızı və magistrallarımızı qurduq. Lakin bəllidir ki, avtomobil yolları ilə magistrallarının olması kifayət deyil - qonşu ölkələrlə də əlaqə qurulumalıdır.
Üçüncü komponent isə dəniz marşrutu haqqındadır. Bu yolla biz Xəzər dənizini Mərkəzi Asiyadakı tərəfdaşlarla birləşdirdik, Xəzər dənizinin ayırıcı deyil, birləşdirici faktor olduğunu önə çəkdik. Əvvəl üç, indi isə dörd - Xəzər, Qara, Aralıq və Adriatik dənizləri ilə əlaqəmiz yaranır.
Daha bir komponent var ki, biz bunu hava ipək yolu adlandırırıq, bu, Azərbaycanın havadan yük daşıma imkanlarını qurmaq deməkdir. Hazırda Azərbaycan 9 hava limanına malikdir. Hazırda Azərbaycan bölgənin ən böyük hava donanmalarından birinə sahibdir”.
Prezidentin köməkçisi bəyan edib ki, indi Azərbaycan digər mühüm komponentlər üzərində də işləyir:
“Son iki mühüm komponentdən biri Rəqəmsal İpək Yoludur, biz Qazaxıstandakı tərəfdaşlarımızla Xəzər dənizi vasitəsilə Avrasiya qitəsi boyunca yeni yüksək sürətli internet bağlantısı qururuq. Sonuncu əhəmiyyətli komponent isə bərpa olunan enerji dəhlizidir. Hazırda biz bu istiqamətdə işləyirik”.
MİA.AZ
Arda Gülər "Real Madrid"də "Ayın oyunçusu" seçildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaxarova: "Azərbaycanda saxlanılan Rusiya vətəndaşları..."
Rusiya XİN: "İsrailin İordan çayının qərb sahilini işğal etməsi..."
Hikmət Hacıyev Abdullah Ereni qəbul edib - FOTO
Rəsmi Moskvadan ABŞ-ın təcili nüvə təliminə reakisya: "...biz də eyni şəkildə hərəkət edəcəyik"
"Beşiktaş"ın qadınlardan ibarət komandasına baş məşqçi təyin olunub
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul edib - FOTO
Baş nazir Dövlət Mülki Aviasiya Agentliyi barədə qərar imzalayıb
Rauf Abdullayev xəstəxanaya yerləşdirilib
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
Əli Əsədov daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Millimiz Moldova ilə heç-heçə edib
Derbinin hakimləri bəlli oldu
Prezident orduya əmr verdi: "İsrailin hücumuna cavab verin!"
Bakıda 66 kq narkotiklə tutulanlar var
Ukraynada daha bir azərbaycanlı həlak olub
Almaniya Kansleri Türkiyədə - Ərdoğan qarşıladı (FOTO)
Derbi həyəcanı: "Fənərbağça" "Beşiktaş"la oyuna bu heyətlə çıxacaq
“Bir gün gördüm ki, başım fırlanır, bədənimdə gizilti var"
Bir qardaşı həbsdə, digəri isə axtarışdadır - Saleh Səmədovla bağlı daha bir xəbər yayıldı
İCRA BAŞÇISI VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Şəhid Aydın Nuriyevlə vida mərasimi keçirilib
“Uşaqlarına baxırlar, əlaqələri, münasibətləri var" - Sabir Rüstəmxanlıdan qızınn ailəsi haqda açıqlama
Azərbaycan Prezidenti Ermənistanda keçiriləcək sammitə qatılmayacaq
Şirvanda şəhid Cəmil Rəhimov dəfn edilib
"Məmurların hətta xəyanət yoluna düşməsi..." - Eldar Əzizov məmurları topladı, xəbərdarlıq etdi (MÜŞAVİRƏ)
Türkiyənin daha bir nəhəng gölü quruyur - İznik gölündə su 350 metr geri çəkilib (FOTO)
Estoniya xarici işlər naziri Türkiyəyə gedir
İslam Rzayevin bacısı oğlu haqda maraqlı xəbər yayıldı
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısı ilə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovu nə bağlayır?
Vahid Ələkbərov bu şirkətdəki payını satır
SAXLANILAN İCRA BAŞÇISI KİMDİR: kürəkəni ilə mülk davası edən, yoxsa korrupsioner... (YENİLƏNİB)
Ağdərəyə yeni köç olub
"Şəmkir" klubu 1200 manat cərimələnib
Şəhid Elçin Quliyev dəfn edilib
Sabah hava necə olacaq? - Proqnoz
DTX-nin saxladığı icra başçısının qızı görün kim imiş... - FOTO