“Qarabağ“ - “Zalsburq“ oyunu qumara qoyulub! - ŞOK İDDİA

img

18-08-2014 [13:43]


Son illərdə Azərbaycanı avrokuboklarda uğurla təmsil edən "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək.

Çempionlar Liqasının III təsnifat mərhələsində "Zalsburq"a yenilən Ağdam klubu tarixində ilk dəfə qrup mərhələsinə düşmək üçün "Tvente" ilə qarşılaşacaq

"Qarabağ" "Zalsburq"la ilk oyunda qələbə qazanmışdı. Bakıda keçirilən matçda hər iki komandadan bir futbolçu meydandan qovulmuş və təmsilçimiz son dəqiqələrdə vurulan qol hesabına qələbəni bayram etmişdi - 2:1.

Bu gün həmin oyunla bağlı şok iddia ortaya atılıb. Deyilənə görə, Avstriya klubu Bakıdakı matçı qumara qoyub. İddia olunur ki, bukmeker kantorları ilə razılığa gələn "Zalsburq" ilk matçda uduzmağa razı olub. "Qarabağ"ı hərtərəfli araşdıran avstriyalılar cavab matçında istənilən nəticəni qazanaraq mərhələ adlayacaqlarına əmin olublar. Kantorlar "Qarabağ"ın da razılığını alaraq belə bir ssenarini "Zalsburq"a təklif ediblər. Həm Qurban Qurbanov, həm də qarşı tərəf bununla razılaşıb. Nəticədə evdə 2:0 hesablı qələbəyə sevinən avstriyalılar pley-off mərhələsinə çıxıb.

Bakıdakı matçda istənilən səviyyədə oyun sərgiləyib, rəqib qapısı qarşısında çox sayda qol epizodu yaradan "Qarabağ"ın səfərdə "Zalsburq"un qapısına yaxınlaşa bilməməsi də bu iddiaları gücləndirir. Görünür Avstriya klubunun baş məşqçisi səfər oyununda "Qarabağ"a istədiyi kimi oynamaq imkanı verib və məğlubiyyətə səbəb olub..

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA