Türkiyə yığması Meksikaya məğlub olub

img

11-06-2025 [07:35]


Türkiyə yığması ABŞ-da ikinci yoldaşlıq oyunu keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şimali Karolina ştatının Çapel Hill qəsəbəsindəki keçirilən yoldaşlıq görüşündə Meksika ilə qarşılaşan türklər məğlub olublar.

Bakı vaxtilə səhər saat 05:00-da başlayan matçı Sent Vinsent və Qrenadin Futbol Federasiyasından Moez Gaymes idarə edib. Qeymsə eyni ölkədən Denroy Barker və ABŞ Futbol Federasiyasından Rayan Qreyvs kömək edib.

Türkiyə millisini matça Berke Özer, Mert Müldür, Merih Demiral, Çağlar Söyüncü, Yasin Özcan, İsmail Yüksek, Kaan Ayhan, İrfan Can Kahveci, Kerem Aktürkoğlu, Arda Gülər, Kənan Yıldızla başlayıb

Meksikanın 24-cü dəqiqədə Pineda ilə hesabda önə çıxıb. Lakin hakim oyundankənar vəziyyətə görə qolu qeydə almayıb. 45-ci dəqiqədə isə Meksika hesabda önə keçib. Pinedanın qolu bu dəfə qeydə alınıb - 1:0.

Beləliklə, hesab bu nəticə iə bitib.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR