"Mançester Yunayted" 10 futbolçu ilə yolunu ayırdı - 70 nəfərlik transfer siyahısı var

img

10-06-2025 [10:57]


"Mançester Yunayted" komandası "sökülərək" yenidən "yığılacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub artıq müqaviləsi başa çatan 10 futbolçu ilə yolunu ayırıb.

Məlumata görə, qarşıdakı mövsümə iddialı girməyi planlayan “Mançester Yunayted” Kristian Eriksen, Viktor Lindelöf, Conni Evans, Tom Heaton, Hubert Graczyk, Jak Kingdon, Sam Murray, Tom Myles, James Nolan və Tom Vusterlə vidalaşıb: "Bununla bərabər, komandanınməşqçi heyəti klub rəhbərliyinə 70 nəfərlik transfer siyahısı təqdim edib. Klubun menecerləri onların arasından bəlli mövqelərə ən uyğun olan 10-12 futbolçu seçib alacaq".

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR