Jurnalistin evindən 3700 dollarını apardılar - Oğurluq

img

16-08-2014 [22:44]


Avqustun 15-dən 16-na keçən gecə jurnalist, Modern.az saytının əməkdaşı Elmin Nurinin ailəsinin evində oğurluq hadisəsi baş verib. 


Qeyd edək ki, hadisə baş verən zaman Nurizadələr ailəsi oğluna şadlıq sarayında toy mərasimi keçirimiş. Ailə üzvlərinin evdə olmamasından istifadə edən oğrular pəncərəni sökməklə evə daxil olublar. 

Toydan evə dönən ailə üzücü mənzərə ilə rastlaşıb. Dərhal 102 xidmətinə zəng edilib və polislə aparılan araşdırmada məlum olub ki, başı toya qarışan ailənin evindən 3700 ABŞ dolları məbləğində pul və qızıl-zinət əşyaları oğurlanıb. 

Maraqlıdır ki, oğrular evdə olan iki noutbuk və digər bahalı əşyalara toxunmayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...