Müğənni Aybəniz Haşımovanın qardaşı cəzalandırıldı
KRİMİNAL
29.05.2025, 16:51
Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Mia.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, məhkəmə istintaqı ilə müəyyən edilib ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara "müalicəvi masaj” yolu ilə sağlamlıqlarını bərpa edəcəyinə dair vədlər verib.
O, Səhiyyə Nazirliyindən heç bir lisenziya almadan sadəcə Rusiyada keçdiyi altıaylıq kursa əsaslanaraq bu fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda guya iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alıb.
Zərərçəkənlər arasında azyaşlı övladının sağalmasının yeganə ümid yeri kimi təqsirləndirilən şəxsi görən valideyn də olub. Siyəzən rayon sakini olan bir ana məhkəmədə təsirli ifadə verib: "Qızım doğulandan iflicdir, yeriyə bilmir. Dedi ki, 20 gün masajla sağaldacaq. Düşündüm ki, bəlkə də, möcüzə olar. İki dəfə 1400 manat verdim. Şaiq həkimə çox inanırdıq. Bizi inandırmışdı ki, prosedurlar zamanı qızın sinirlərində hərəkət hiss olunur və bir aya, hətta, qaça biləcək. Ay tamam olsa da, bir nəticə olmadı. Çox təəssüf”.
Digər bir zərərçəkmiş isə uzun illər əziyyət çəkdiyi bel ağrısına şəfa tapmaq üçün Şaiq Həşimova üz tutub: "Dedilər belini düzəldər, əli şəfalıdır. Əvvəlcə bir dəfə getdim, bir az yüngülləşmə oldu. Sonra dedi ki, davamlı gəl, tam düzələcəksən. 180 günə yaxın hər gün getdim. Bu müddətdə ona 13 min manat pul vermişəm. Axırda gördüm ağrılar daha da şiddətlənir, aldandığımı bildim”.
Həşimov məhkəmədə özünü təqsirli bilməyib. Heç vaxt insanları aldatmaq niyyətinin olmadığını deyib: "Tibbi təhsilim yoxdur, amma 2000-ci ildə Rusiyada 6 aylıq kurs keçmişəm. Masajist kimi işləmişəm. Azərbaycanda da qeydiyyatda olmuşam, VÖEN-im var. Mən sadəcə masaj edirdim, müalicə vəd etmirdim”.
Quba Rayon Məhkəməsi toplanmış sübutlar əsasında Şaiq Həşimovu dələduzluqda təqsirli bilib. Ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib.
Qeyd edək ki, Şaiq Həşimov müğənni Aybəniz Haşımovanın qardaşıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Aktrisa Serenay Sarıkaya saxlanıldı və… - Narkotik ittihamı + FOTO
Bugün, 14:06 MƏDƏNİYYƏT
-
Ağ Ev-dən İranla bağlı açıqlama: “Razılaşma…”
Bugün, 13:58 DÜNYA
-
Ərdoğan İlham Əliyevə məktub göndərdi: "Türkiyə ilə Azərbaycan arasında..."
Bugün, 13:39 GÜNDƏM
-
Universiteti fərqlənmə ilə bitirmişdi... - DSX-nin 26 yaşlı əsgəri niyə ölüb?
Bugün, 13:27 GÜNDƏM
-
MN-də dəyişiklik - İdarə rəisinin müavini vəzifədən çıxarıldı
Bugün, 13:23 CƏMİYYƏT
-
Mərkəzi Bankda yeni təyinat olub
Bugün, 13:11 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:46 GÜNDƏM
-
KONSULUMUZ QƏZADA DÜNYASINI DƏYİŞDİ - XİN açıqlama yaydı + VİDEO (YENİLƏNİB)
Bugün, 12:43 GÜNDƏM
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib - O, kimdir? (FOTO)
Bugün, 12:40 PRESS
-
Hörmüz boğazından keçid üçün rüsum alınmayacaq - İran XİN ABŞ-la yeni anlaşmanı açıqladı
Bugün, 12:34 İQTİSADİYYAT
-
İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTOLAR
Bugün, 12:11 KRİMİNAL
-
Ceyhun Bayramov ABŞ-a getdi
Bugün, 12:09 GÜNDƏM
-
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
Bugün, 12:07 İQTİSADİYYAT
-
Dövlət Agentliyi “Kontakt Home”u cərimələdi
Bugün, 11:58 İQTİSADİYYAT
-
Leyla Əliyeva Masallıda Cümə məscidində - FOTOLAR
Bugün, 11:57 SİYASƏT
-
PREZİDENT NAZİRLƏRİ TOPLADI - Müşavirə + FOTOLAR
Bugün, 11:53 GÜNDƏM
-
Rezidenturaya qəbulun 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayır
Bugün, 11:32 CƏMİYYƏT
-
Qəbul imtahanı: II mərhələ nə vaxt keçiriləcək? - Tarixlər
Bugün, 11:19 GÜNDƏM
-
Azərbaycanın axtarışa verdiyi Osman Kaya Gürcüstanda saxlanıldı
Bugün, 11:17 KRİMİNAL
-
Şuşa və Cəbrayıla növbəti köç olub (YENİLƏNİB)
Bugün, 11:01 GÜNDƏM
-
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
Bugün, 10:56 PRESS
-
ADY-nin bilet satışı sistemi çöküb - "Kartımdan 102 manat silindi, dedilər sistemdə xəta oldu, bu dəfə 254 manat ödə, yenisini al!" (Yenilənib)
Bugün, 10:54 CƏMİYYƏT
-
Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yanğın... - İş məhkəməyə göndərildi
Bugün, 10:45 KRİMİNAL
-
Tural Abbaslı: "Doğulan uşaqların sayı azalır, evliliklərin sayı aşağı düşür, boşanmalar artır"
Bugün, 10:41 SİYASƏT
-
Dünyanı kim idarə edir: ordular yoxsa ideyalar? - Yumşaq güc fenomeni və ya görünməz hegemonluq
Bugün, 10:35 SİYASƏT
-
Qəbul imtahanı: dünənki imtahanın düzgün cavabları açıqlandı
Bugün, 10:25 GÜNDƏM
-
Şahlar Cabbarov Ukraynada tutulub
Bugün, 10:09 KRİMİNAL
-
Aygün Kazımova, Röya və... - General kiminlə quda oldu? + VİDEO
Bugün, 10:07 MƏDƏNİYYƏT
-
Almaz Hacıyeva vəfat edib
Bugün, 09:57 CƏMİYYƏT
-
66 yaşlı Nazpəri Dostəliyeva İstanbulda - FOTOLAR
Bugün, 09:51 ŞOU-BİZNES
-
Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib
Bugün, 09:30 GÜNDƏM
-
Çində sel xəbərdarlığı: minlərlə insan təxliyyə olunub
Bugün, 09:22 DÜNYA
-
Nigeriyada terrorçuların girov götürdüyü 92 mülki şəxs xilas olunub
Bugün, 09:09 DÜNYA
-
İstanbul Bilgi Universiteti fəaliyyətini bərpa etdi - Qərar dəyişdi (Yenilənib)
Bugün, 08:59 GÜNDƏM