Çində COVID-19 yenidən artır - Təhlükə böyüyür

img

26-05-2025 [08:05]


COVID-19-un yuvası sayılan Çində bu virusa yoluxma halları yenidən artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumət bunu "mövsümi" saysa da, kütləviliyin artışı nəinki ölkədə, bütün dünyada yenidən qorxu aşılamağa başlayıb.

Məlumatda deyilir ki, ölkənin xüsusən cənub bölgəsində yerləşən Quançjou şəhərində COVID-19-a yoluxma halları sürətlənib.

Çin Səhiyyə Təşkilatından bildirilib ki, son bir ayda virusa yoluxma halı 17 faizədək artıb: "Yoluxanların çoxunda "Omikron" və onun törəməsi sayılan "XDV" variantları aşkarlanıb. Nəzarət tədbirləri gücləndirilib...".

Xatırladaq ki, İlk dəfə 2019-cu ilin sonunda Çinin Uhan şəhərində ortaya çıxan Covid-19 epidemiyası bütün dünyaya ölüm saçıb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq