“Neftçi“ jurnalistləri ac qoyub

img

15-08-2014 [12:56]


Xüsusən də saytlar bu pul hesabına fəaliyyət göstərir, əməkdaşlarının maaşlarını ödəyir. Amma bəzən klublar bunu da onlara çox görür.

PİASPORT.AZ-ın əldə etdiyi məlumata görə, son dövrlər reklam haqqlarının ödənməsində problem yaranan klublardan biri də "Neftçi"di.

SOCAR-ın maliyyələşdirdiyi klub artıq 4 aydı ki, mətbuat orqanlarına ödənməli olan pulu vermir. Hər dəfə müraciət olunanda isə "tezliklə

problem həll olunacaq" deyirlər. Lakin artıq 4 aydı ki, problem yoluna qoyulmur.

"Neftçi" rəsmiləri bunu klubun büdcəsinin azaldılması ilə əlaqələndirir. Guya Nikolas Kanalesi 300 min dollara transfer edən klub mətbuata

verilməli olan 8-9 min manatı ödəyə bilmir. Klubda maliyyə problemi varsa, futbolçuların maaşları necə ödənir? Transferlər necə edilir? Mərhələ

keçmək üçün "Çixura"nın futbolçusu David Odikadze hansı yolla ələ alınır?

"Neftçi" ilə reklam əməkdaşlığı edən həmkarlarımızdan birinin verdiyi məlumata görə, ödəmələrin gecikdirməsinin öz səbəbi var. Belə ki, klub

rəhbərliyi yay fasiləsinə görə mətbuat orqanlarına ödəmə etmək niyyətində deyil. Ödəməni etməməklə vaxtı uzadırlar və sentyabrdan

başlayaraq əməkdaşlığı davam etdirəcəklər. Lakin iyun və iyul aylarına görə ödəmələr aradan çıxarılacaq. Mətbuat isə buna görə nə etiraz

edə biləcək, nə də məhkəməy müraciət edə...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA