"Həyatımda ən böyük səhvim..." - Nərgiz Cəlilovadan yeni fotolar

img

14-08-2014 [08:50]


Aparıcı Nərgiz Cəlilova "Boutique” jurnalı üçün fotokamera qarşısına keçib. Aparıcı fotosessiya etdirməklə yanaşı, televiziyada uzun müddət qalmağın sirlərindən, fəaliyyətindən də bəhs edib:

"Müsahibələrimdə heç vaxt qarşıma maneə qoymurdum. Bir o qədər şəxsi suallar vermirdim. İnsanlarla sərhəd saxlamağa çalışırdım. Hər müsahibəmdə qarşımdakından nəyi soruşub-soruşmayacağımı düşünürdüm. İntuisiya – televiziyadakı uzunömürlülüyün reseptidir. Elə olub ki, müsahibim məni məyus edib. Və ya əksinə… Hər şey ola bilər”.

N.Cəlilova efirə ayaq açan qeyri-peşəkarlardan şikayətlənib:

"İndi qeyri-peşəkarlar çoxdur. O vaxtlar məşhurları studiyaya biz dəvət edirdik. İndi tanınmışlar özləri efirə qaçır, görünməyə can atırlar. Hamı məşhur olmaq istəyir. Əbəs yerə insanlar videolarını, fotolarını sosial şəbəkədə paylaşmırlar ki… Efirlərdə əyləncəli verilişlərdə adi insanlar iştirak edirlər. Tamaşaçı da bunu qəbul edir. Çünki onlara efirdə özləri kimi birini görmək xoşdur. Bu artıq dünyada trend halını alıb. Efirlərdə rejissorlar çatışmır. Hamı aparıcıya diqqət edir. Onun maraqlı olması üçün necə idarə etməyi, ssenari hazırlamağı isə düşünmürlər”.

Aparıcı bu gün çoxluq təşkil edən qalmaqallı proqramlardan da bəhs edib:

"İndi telekanallarda əsasən qalmaqallı tolk-şoulara üstünlük verilir. Mən hansısa bir şounun ortaq məxrəcə gəlməklə, sülhlə nəticələnməyini xoşlayıram”.

Teleaparıcı tennisə olan həvəsindən də danışıb:

"Ən çox sevdiyim idman növü tennisdir. Əgər 25 yaşım olsaydı, mütləq tennislə peşəkar məşğul olardım. Təsəvvür edə bilməzsiniz, mən oyunları necə izləyirəm. Hətta baxanda qışqırıram. Yaxşı ki, evdə tək yaşayıram. Heç kim səsimdən qorxmur”.

"Çox xoşbəxt insanam, çünki səhnədə və efirdə səviyyəmi qorumağı bacarmışam. Bu, hər dəqiqə belə olmur. Görürsünüz, bizim necə az aparıcılarımız var? Əminəm ki, bu dəyərli görünüşü hələ uzun müddət saxlayacam. Peşəmi çox sevirəm, çalışıram ki, bu sahədə özümü uzun müddət göstərim. Nə vaxtsa bu sənət məni xilas edib. Şəxsi həyatımda olmasa da, işimdə xoşbəxtəm. Düzdür, mən də bir vaxtlar xoşbəxt, kiminsə sevimlisi olmuşam. Gözəl həyat yaşamışam. Amma təəssüf ki, qızım təkdir. Həyatımda ən böyük səhvim ikinci dəfə ana olmamağımdır. Qızımın 10 yaşı olanda boşandım və heç vaxt ailə qurmadım”, — deyən N.Cəlilova "Ölüm haqqında düşünürsünüz” sualına belə cavab verib:

"Hər gün… Ölüm insanı qorxutmamalıdır”.

Axsam.az



Digər xəbərlər
SON XƏBƏRLƏR