"Şərurlu İsfəndiyar QHT sədrinin evini qaytardı: "Bütün borcunu da bağışladım"

img

29-04-2025 [17:39]


Xəbər verdiyimiz kimi, ötən gün tanınmış istimai fəal, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalovun Saray qəsəbəsində “Jasmin Park”da yerləşən evinin Şərurlu İsfəndiyar tərəfindən borca görə əlindən alındığı ilə bağlı informasiya yayımlandı.

Mia.az xəbər verir ki, Sitat.info məsələni dəqiqləşdirmək və təfərrüatlarını öyrənmək üçün iş adamı Şərurlu İsfəndiyarla əlaqə saxlayıb. O, xəbər inkar etməsə də, Emil Maqalova evinin qaytarıldığını bildirdi: "Bu gün səhər Emil Maqalov gəlmişdi, məsələni həll elədik. Bütün borcunu da bağışladım".

Dəqiqləşdirmək üçün təkrar QHT sədri ilə əlaqə saxladıq. O da problemin həll olduğunu təsdiqlədi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA