12-08-2014 [12:51]
Yol hərəkəti qaydalarının təsbit olunduğu «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun kommentariyası kütləvi tirajla dərc olunub.
Bu, ölkəmizin tarixində yol hərəkəti qaydalarının ilk kommentariyasıdır. Avtosfer.az-ın məlumatına görə, kommentariya yol hərəkəti sahəsində bir neçə kitabın, çoxlu sayda publisistik və elmi məqalələrin müəllifi olan hüquqşünas Ərşad Hüseynov tərəfindən yazılıb. Kommentariya yol hərəkəti və hüquq sahəsində tanınmış alimlər (ATU-nun kafedra müdiri Sülhəddin Gözəlov, AMEA-nın şöbə müdiri, professor Habil Qurbanov, BDU-nun professoru Firudin Səməndərov, dosent Sübhan Əliyev) tərəfindən bəyənilərək, ona müsbət rəy verilib.
Şərh olunan Qanunun məzmununa uyğun olaraq kommertariya iki kitabda dərc olunub. Birinci kitabda yol hərəkəti qaydalarının, yol nişanlarının və nişanlanma xətlərinin şərhi yerləşdirilib. İkinci kitabda isə yol hərəkəti təhlükəsizliyinə dair normaların, nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, texniki baxışı qaydalarının, sürücülük vəsiqəsinin əldə edilməsi və dəyişdirilməsi qaydalarının, yol hərəkəti təhlükəsizliyinə nəzarətə dair normaların şərhi verilib.
Kommentariyanın hazırlanmasında əsas hədəf ölkəmizdə yol hərəkəti qaydalarına münasibəti yeni səviyyəyə qaldırmaq, bu sahədə cəmiyyətin elmi-praktiki vəsaitə olan ehtiyacını ödəməkdir. İndiyədək ölkəmizdə yol hərəkəti qaydalarının şərhi yazılmamışdı. Ona görə də cəmiyyətdə bəzən eyni məsələyə tamam fərqli yanaşmalar müşahidə edilirdi. Müəllif bunları nəzərə almağa çalışıb, yol hərəkəti qaydalarının, yol nişanları və nişanlanma xətlərinin hamı üçün asan başa düşülən tərzdə, sadə və məntiqli izahını verməyə cəhd edib. Kommentariyada qanunvericilikdə olan müəyyən incə məqamlara xüsusi diqqət yetirilib, həmin normaların necə tətbiq edilməli olduğuna aydınlıq gətirilməsinə çalışılıb.
Müəllifin əsas diqqət etdiyi məsələlərdən biri yol hərəkəti qaydalarının məntiqini açmaq, onlara riayət edilməsinin hansı zərurətdən doğduğunu göstərmək, bunun əksinin necə arzuolunmaz nəticələr doğura biləcəyini vurğulamaq olub. Kitabda verilmiş çoxlu sayda rəngli illüstrasiyalar hərəkət qaydalarını, nişan və nişanlanmaların mənasını dərk etməyi xeyli asanlaşdıracaq. Yol hərəkəti qaydalarının şərhi bu sahədə beynəlxalq və milli qanunvericiliyə istinad olunmaqla, dünyada və ölkəmizdə təşəkkül tapan qabaqcıl təcrübə nəzərə alınmaqla verilib.
Kitablar kütləvi oxucu, yəni sürücülər, piyadalar, habelə yol hərəkətinin təşkili sahəsində çalışanlar və yol hərəkəti qaydalarını tədris edənlər üçün nəzərdə tutulur. Ona görə də istər adi sürücülər və sürücü olmaq istəyənlər, istərsə də yol hərəkətinə aid fəaliyyətlə məşğul olan peşəkarlar yol hərəkəti qaydalarını öyrənmək, öz peşəkarlıq səviyyəsini artırmaq, müəyyən qaranlıq məqamları aydınlaşdırmaq üçün bu kitablardan yararlana bilərlər. Bu kitablar sürücülük imtahanına mükəmməl hazırlaşmaq üçün əvəzsiz vəsait ola bilər. DYP əməkdaşları isə bu kitablardan gündəlik fəaliyyətlərində praktiki vəsait kimi yararlana bilərlər.
Kitabları kitab mağazalarından, habelə «Digesta» nəşriyyatından (Ünvan: Bakı ş., Mətbuat pr. - 24. Tel.: (012) 510 24 19; (050) 473 73 81) əldə edə və ya olduğunuz yerə çatdırılmasını sifariş edə bilərsiniz.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq