Nazirdən zəlzələ barədə açıqlama: "Təkanlar azalıb"

img

24-04-2025 [22:16]


Daxili İşlər Naziri Əli Yerlikaya İstanbul zəlzələsi ilə bağlı son məlumatı bölüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, dünən Mərmərə dənizində baş verən 6,2 bal gücündə zəlzələdən sonra indiyə qədər ən böyüyü 5,9 olmaqla 8 afterşok (4-6.2 bal arası) qeydə alındığını deyib: "AFAD Zəlzələ Elm Şurası tərəfindən aparılan analizlərə görə, son 12 saat ərzində; 4 bal və ya ondan üstün gücdə heç bir afterşok baş verməyib. Bəli, xüsusilə son 16 saatda artçı təkanların açıq şəkildə azaldığı görünür".

Nazir deyib  ki, indiyədək 112 Təcili Zəng Mərkəzimizə 16793 müraciət daxil olub: "Bunlardan 997-si zəlzələ ilə bağlı olub".

Firudin Səfərli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR