Lerikdə mikroavtobus aşıb: ölən və yaralananlar var

Lerikdə mikroavtobus aşıb: ölən və yaralananlar var

KRİMİNAL

24.04.2025, 11:26

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.

İlkin məlumata əsasən, "Ford" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb(Report). 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR