ƏƏSMN: "Müavinət və təqaüdlərdə bu il növbəti artımlar ediləcək"
18-04-2025 [17:41]
Bu il müavinət və təqaüdlərdə də növbəti artımlar ediləcək.
Mia.az xəbər verir ki, bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında müzkirə olunub.
Bildirilib ki, ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paket çərçivəsində minimum əməkhaqqı 16 faiz artımla 400 manata çatdırılıb: "Müxtəlif sahələrdə əməkhaqqı artımları, pensiyaların indeksləşdirilərək artırılması, fevralın 1-dən isə minimum pensiyanın 14,3 faiz artımla 320 manata çatdırılması təmin edilib, yeni sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə də bu il növbəti artımlar ediləcək".
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, sosial ödənişlərin artırılması ilə yanaşı, məşğulluğun təminatına yönələn proqramlar getdikcə daha da genişləndirilir, dövlət sosial xidmətlərində innovativ həllərin geniş tətbiqi işləri davam etdirilir.
İclasda Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin birinci rübdə proqnoza nisbətən 14 faiz və ya 249 mln. manat çox olmaqla 2 mlrd. 14 mln. manat, xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 163 mln. manat artaraq 1 mlrd. 864 mln. manat təşkil etdiyi bildirilib.
Bu dövrdə pensiya ödənişlərinə də ötən ilin müvafiq dövrünə nisbətən 156 mln. manat və ya 10 faiz çox olmaqla 1 mlrd. 768 mln. manat vəsait yönəldildiyi, 475 min nəfərə müavinət olaraq 275 mln. manat, 402 min nəfərə Prezident təqaüdləri olaraq 173 mln. manat ödənildiyi qeyd olunub.
Bu ilin birinci rübündə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 84,7 min şəxsi aktiv məşğulluq proqramlarına cəlb etdiyi, o cümlədən 27,2 min şəxsin işlə təminatının həyata keçirildiyi, 1195 şəxsin özünüməşğulluq proqramına, 1221 işsiz şəxsin peşə kurslarına, 55,1 min şəxsin peşəyönümü xidmətlərinə cəlb edildiyi bildirilib.
Eyni zamanda yanvar-mart aylarında 11,6 min şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 27,9 min şəxsin reabilitasiya xidmətləri, 4,5 min şəxsin 29,4 min reabilitasiya vasitəsi ilə təmin edildiyi diqqətə çatdırılıb.
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?