Kreml Ermənistanı Qərbə istiqamətlənməkdə ittiham edib

img

01-07-2025 [14:47]


Ermənistan tez-tez öz milli maraqlarına ziyan vuraraq Qərbə istiqamətlənir. Xüsusilə bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıqdan uzaqlaşmağa aiddir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə IV departamentinin rəhbər müavini Dmitri Masyuk bildirib.

"Ermənistandakı qərblilərin destruktiv təsirini hiss edirik. Dərin təəssüf hissi ilə qeyd etməliyik ki, bu Cənubi Qafqaz respublikasında bu dəyişikliklərə güclü müqavimət göstərilmir və tez-tez öz milli maraqlarına ziyan vuraraq Qərbə istiqamətlənməyə davam edirlər. Konkret nümunə - İrəvanın KTMT ilə əməkdaşlıqdan uzaqlaşmasıdır", - deyə o bildirib./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA