Əfqanıstanın yeni səfiri Moskvaya gedib

img

01-07-2025 [18:55]


Əfqanıstanın Rusiyadakı yeni səfiri Qul Həsən Moskvaya gedib.

Bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

"Bəli, o, Moskvaya gəlib", - agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, diplomat tezliklə vəzifələrinin icrasına başlayacaq.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin müşaviri, Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirmişdi ki, Qul Həsən zəruri protokol prosedurlarını keçdikdən sonra ölkəsinin səlahiyyətli səfiri kimi fəaliyyətə başlayacaq./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA