"Araz Naxçıvan" "Neftçi"yə, "Qarabağ" "Sumqayıt"a aman vermədi, amma... - Darmadağın

img

10-08-2014 [23:45]


Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunda Bakının "Neftçi" klubu səfərdə Premyer Liqanın debütantı "Araz Naxçıvan"ın qonağı olub.

Mia.az xəbər verir ki, oyunda Naxçıvan komandasından David Canalidze 51-ci dəqiqədə hesabı açıb.  Bu qoldan 32 dəqiqə sonra isə Elmin Çobanov hesab arasındakı fərqi 2-yə çatdırıb. Oyunda son nöqtəni yenə də David Canalidze qoyub. O, 90-cı dəqiqədə hesabı yenidən artırıb - 3:0. 

Qarabağ" klubu isə ilk turda Sumqayıta səfər edib. Və yerli "Sumqayıt" klubunu darmadağın edib -  3:0. Di gəl ki, bu qələbə hesaba alınmaya bilər. Belə ki, Qurban Qurbanovun komandasına texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Bu barədə Qol.az xəbər yayıb. Sayt yazır ki, Ağdam təmsilçisi oyunun 59-ci dəqiqəsində oyunçu dəyişikliyi edərkən texniki səhvə yol verib. Belə ki, Namiq Yusifovun əvəzinə Riçard Almeydanın meydana daxil olması ilə "Qarabağ” legioner limitini pozub.  Yəni məşqçilər korpusu meydanda yeni qaydalarda nəzərdə tutulduğu kimi  altı deyil yeddi legioner buraxıb. Bu isə qələbənin əvəzinə texniki məğlubiyyəti şərtləndirir. 

Turun mərkəzi qarşılaşması Bakıda baş tutub. Burada "İnter" klubu ötən mövsümün bürünc mükafatçısı "Qəbələ" komandasını sınağa çəkib.  "İnter Arena"da keçirilən oyunda meydan sahibləri rəqibini daradağın edib – 4:0.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA