Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb - XİN-dən açıqlama + FOTO
17-04-2025 [19:31]
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Əhməd Metanini qəbul edib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfir Əhməd Metani etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfir Əhməd Metanini təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Azərbaycan və Fələstin arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərqdə və Qəzzada təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional sülh və quruculuq səyləri müzakirə olunub.
Azərbaycan-Fələstin əməkdaşlığının bir sıra, xüsusilə siyasi, iqtisadi-ticarət, mədəni, humanitar sahələr üzrə inkişafından bəhs olunub, regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi perspektivlərinin mövcudluğu qeyd edilib.
Tərəflər Yaxın Şərqdə və xüsusilə də Qəzzada mövcud vəziyyəti müzakirə ediblər. Qəzzada atəşkəsin qorunmasının vacibliyi, humanitar problemlərin həllinin əhəmiyyət kəsb etdiyi, Azərbaycanın İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq “iki dövlət prinsipi” əsasında həllini dəstəklədiyi bir daha qeyd edilib.
Ölkəmizin münaqişədən əziyyət çəkən dost Fələstin xalqının humanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi yardımlar minnətdarlıqla qeyd olunub.
Nazir Ceyhun Bayramov, keçmiş münaqişə dönəmində, həmçinin qarşı tərəfə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verib.
Səfir Əhməd Metani qəbula görə təşəkkür edib, Fələstinin Azərbaycandakı səfiri təyin edilməsinin qürurverici olduğunu, bundan sonra da səfir qismində ölkələrimiz arasında mövcud diplomatik münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Vokan Dəmirəlin komanası 20 dəqiqə içində 5 qol atdı
Yeni dövr yeni "Təhsil Qanunu" tələb edir
Fransa liqasında şok olay - Matçdan sonra futbolçuları döyüblər
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Qəzzanı yenə vurub - İki nəfər ölüb, biri uşaqdır
Xəzər dənizinin sahillərində 320-dən çox cəsəd tapılıb
Putin: "Əgər Avropa müharibəyə başlasa, Rusiya buna hazırdır"
Qətər XİN: "Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinina start verilməlidir"
NATO-nun baş katibi: "Ukraynanın Alyansa üzvlüyü ilə..." - "Çin Rusiyanın qəti tərəfdarı olaraq qalır və..."
Federika Moqerini saxlanılıb
XİN kollegiya üzvlərinin tərkibi təsdiqləndi - SİYAHI
YENİ VİRUS YAYILIR: 7 dəfə mutasiyaya uğrayan və tez yoluxan... - Professordan xəbərdarlıq
“Meydan TV”nin əməkdaşlarının məhkəməsi başlayır - Tarix açıqlandı
Təhsil müəssisələrinin akkreditasiyası... - Qaydalar dəyişdi
GƏLƏN İL BU TARİXLƏRDƏ İŞ OLMAYACAQ - Hökumətdən qərar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
38 yaşlı Elvin Əliyev 13 kq narkotiklə saxlanılıb
Yaşayış minimumu və ehtiyac meyarı 300 manat oldu - Qərar verildi
Bölgələrə qar yağır
Sahil Babayev: "Nəyə görə bu dəyişikliklər tamamilə tərsinə təqdim olunmağa çalışıldı?
"Versace" brendi satıldı - 1.3 milyard dollara
Deputatlar "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanuna da "hə" dedi - Detallar
Zelenski: "Təklif olunan "Sülh planı"nın üzərində iş aparılıb"
Dekabr ayında bu bürclərə şans doğacaq? - SİYAHI
2026-cı ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda qəbul edilib
Natiq Cəfərli: "Köhnə müxalifət təmsilçiləri inciməsinlər, “bəyanat” kimi ciddi siyasi terminləri gözdən salıblar"
Siyasətdən çəkilən keçmiş futbolçusu məşqçiliyə başlayıb - Açıqlama
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur serial geri dönür - Kanal D bu günü "boş saxlayır"
"Bakı Metropoliteni"ndə 50 yaşdan yuxarı işçilərin ərizələri alınır - İxtisara start verilir
"Yaltaqlanmağın da həddi olmalıdır"- Aslan İsmayılov
Leyla Əliyeva “Axar Yaddaş” sərgisində - VİDEO
Azərbaycan və Türkiyə generalları görüşüb
Türkiyəli deputatlar PKK lideri ilə görüşəcəklər - Həbsxanada
NATO toplanır - XİN başçıları iki gün nələti müzakirə edəcək?
"Bu kəndlərdən 10-da vəziyyət daha kritikdir" - Deputat Şamaxıda su probleminə diqqət çəkdi
Əli Kərimli həbs qərarından şikayət verəcək
Pənah Hüseyn qurultaya hazırlaşır: "Sədrliyə namizədim olacaq"
Sabah yağış yağacaq
AZAL yenilik edib