Federika Moqerini saxlanılıb

img

02-12-2025 [18:20]


Belçika polisi Avropa İttifaqının (Aİ) Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinini saxlayıb.

Bu barədə “Le Soir” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Onun Avropa Kolleci üçün keçirilən tenderdə dələduzluq hallarının baş verməsi ilə bağlı saxlanıldığı deyilir.

Ümumilikdə iş üzrə 3 nəfər saxlanılıb. Onlardan birinin Avropa Xarici Fəaliyyət Xidmətinin keçmiş baş katibi, italyan diplomat Stefano Sanninonun olduğu bildirilir.

Qeyd edək ki, F. Moqerini 2014-2019-cu illərdə Aİ-nin Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsində çalışıb. 2020-ci ildən isə Avropa Kollecinin rektoru olaraq fəaliyyət göstərir/qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:35 02.12.2025

Bölgələrə qar yağır

12:21 02.12.2025

Sabah yağış yağacaq

12:06 02.12.2025

AZAL yenilik edib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA