“Meydan TV”nin əməkdaşlarının məhkəməsi başlayır - Tarix açıqlandı

img

02-12-2025 [17:36]


“Meydan TV” işi üzrə ittiham olunan 10 nəfərin məhkəməsi başlayır.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində aparılan ibtidai istintaqla toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işini Aytən Əliyevanın sədrlik etdiyi hakimlər araşdıracaq.

İlk iclas dekabrın 12-si keçiriləcək.

Qeyd edək ki, “Meydan TV” ilə bağlı cinayət işi çərçivəsində jurnalistlər -  Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre və Ülviyyə Əli həbs olunublar. Onlar barəsində mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq və digər bir neçə ağır maddə ilə ittiham elan edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:35 02.12.2025

Bölgələrə qar yağır

12:21 02.12.2025

Sabah yağış yağacaq

12:06 02.12.2025

AZAL yenilik edib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA