Daha bir fələstinli jurnalist həlak olub

img

16-04-2025 [16:59]


İsrailin Qəzza zolağına hücumu nəticəsində daha bir mətbuat mənsubu həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi açqlama yayıb.

Bildirilib ki, fələstinli jurnalist Fatma Hasune Qəzza şəhərinin Tuffah məhəlləsində evlərinin bombalaması nəticəsində həyatını itirib: "Hadisə zamanı onun ailə üzvlərindən də ölənlər var".

Məlumata görə, bununla da 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həlak olan jurnalistlərin sayı 212-yə çatıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA