"Fənərbağça" çempionluq yarışında səhvə yer vermədi

img

13-04-2025 [22:18]


Trendyol Super Liqasının 31-ci həftəsində "Fənərbağça" "Sivasspor"u 3-1 hesabı ilə məğlub edib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşılaşmada "sarı-göylülər" 3-1 hesabı ilə qalib gəlib.

"Fənərbağça"nın ilk qolunu 42-ci dəqiqədə Anderson Talisca vurub. Digər iki qol isə 47 və 90-ci dəqiqələrdə Dusan Tadic tərəfindən vurulub.

"Sivasspor"un yeganə qolunu 57-ci dəqiqədə Efkan Bekiroğlu vurub.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR