ABŞ-ın Baş Qərargah rəisi təsdiqlənib

img

11-04-2025 [21:20]


Bu gün ABŞ Senatı prezident Donald Trampın Baş qərargah rəisi vəzifəsinə namizədliyini irəli sürdüyü Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Dan Razin Keyni təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Senatda 60 lehinə, 25 əleyhinə səslə Baş qərargah rəisi təyin olunan generalın lehinə demokratlar da səs veriblər.

Məlumata görə, yeni rəis F-16 pilotu Keyn Pentaqonun bəzi gizli proqramlarında və Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) çoxsaylı xüsusi əməliyyatlara rəhbərlik edib.

Onu da qeyd edək ki, fevralın 22-də prezident Tramp qərargah rəisi Çarlz Braunu qəfildən vəzifədən azad edib və yerinə istefada olan general Keynin namizəd göstərib.

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR