Səfir: İran və ABŞ sabah danışıqların formasını razılaşdıra bilər

img

11-04-2025 [15:46]


İran və ABŞ şənbə günü keçiriləcək dolayı məsləhətləşmələrdə gələcək danışıqların formasını razılaşdıra bilər.

Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali "Rossiya-24" telekanalına müsahibəsində deyib.

Səfir danışıqlarla bağlı ətraflı məlumatının olmadığını bildirib.

"Bu danışıqlarla bağlı ətraflı məlumatım yoxdur, lakin deyə bilərəm ki, bu, ilk görüş olacaq. Düşünürəm ki, onlar (İran və ABŞ-red.) əvvəlcə gələcək danışıqların formasını razılaşdıracaq, sonra isə qarşılarına vəzifələr qoyacaqlar", - o qeyd edib


Digər xəbərlər
SON XƏBƏRLƏR