Federasiya rəsmisi güləşçiyə “satqın” dedi - Xetaq Qazyumov etiraz etdi (VİDEO)

img

10-04-2025 [09:56]


Slovakiyanın paytaxtı Bratislavada keçirilən sərbəst güləş üzrə Avropa çempionatının mükafatlandırma mərasimi zamanı qalmaqal yaşanıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili Albaniyanı təmsil edən osetin əsilli güləşçi Çermen Valiyevə medal verərkən onu “satqın” adlandırıb. 

Federasiya rəsmisi əsəbi şəkildə medalı idmançının boynundan asıb. Ç.Valiyev də buna etirazını bildirib. 

Hadisənin şahidlərindən biri Azərbaycan millisinin baş məşqçisi Xetaq Qayzumov da rusiyalı nümayəndəyə öz etirazını bildirib. Nəticədə ara qarışıb və qalmaqal paltardəyişmə otağına qədər davam edib. 

Qeyd edək ki, 74 kq çəki dərəcəsinin finalında Çermen Valyev məhz Rusiya təmsilçisi Zaurbek Sidakova qalib gələrək Avropa çempionu adını qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR