Rəsmi Moskvadan ABŞ-ın Çinə qarşı şok qərarına reaksiya: “Amerika təktərəfli formada özünü qorumağa üstünlük verir"

img

10-04-2025 [00:24]


“Amerika Çinə qarşı ard-arda tarifləri yüksəltməklə təktərəfli formada özünü qorumağa üstünlük verir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada həftəlik ənənəvi mətbuat konfransında deyib.

Rusiya XİN rəsmisi bildirir ki, Tramp belə qərarlarla ticarət qaydalarını heçə sayır: "ABŞ-ın tariflərlə bağlı verdiyi qərarlar Dünya Ticarət Təşkilatının əsas qaydalarını pozub. Bu, Vaşinqtonun artıq beynəlxalq ticarət qanunlarına riayət etmək istəmədiyini təsdiqləyir. Şübhəsiz bu qərar qlobal iqtisadiyyatın artım tempinin yavaşlamasına və istehlakın azalmasına səbəb olacaq. Bu isə dünyada bir çox problemlərə və narahatlıqlara yol açacaq".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 16.04.2025

Sabah yağış yağacaq