Rəsmi Moskvadan neftin ucuzlaşmasına reaksiya: "Bu, ABŞ-dan aslıdır, vəziyyət çox gərgindir"

img

07-04-2025 [16:18]


Rəsmi Moskva son həftədə sürətlə ucuzlaşan neftlə bağlı yaranan qeyri-müəyyənliyin günahını ABŞ-da görür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin aktual məsələlərlə bağlı suallarını cavablandırarkən danışıb.

O bildirib ki, neft qiymətlərindəki eniş ABŞ-ın tarif siyasətindən qaynaqlanır: "Bəli, bu, sözsüz ki, ABŞ-ın 185 ölkə ilə ticarət əlaqələriə tətbqi etdiyi əlavə tarif siyasətindən qaynaqlanır. Vəziyyəti izləyirik. Vəziyyət son dərəcə təlatümlü və gərgindir".

Kremlin sözçüsü qeyd edib ki, neftin ucuzlaşmasının nəticələrini aradan qaldırmaq üçün əllərindən gələni edirlər.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR