İmişlidə məktəblilərin öldüyü yol qəzası... - Saxlanılan 14 nəfərin həbs müddəti artırılıb
07-04-2025 [12:15]
İmişlidə məktəblilərin öldüyü yol qəzası baş verəndən sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfərin həbs müddəti artırılıb.
Mia.az APA-ya istinadla xəbər verir ki, İmişli rayon Məhkəməsində keçrilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib və saxlanılan şəxslər barəsində olan həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılıb.
Qeyd edək ki, yanvarın 18-də saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və YPX avtomobilinin sürücüsü xəsarət alıb.
İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə baş verəndən sonra qəzaya düşən YPX avtomobilinə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.
Onu da əlavə edək ki, qəzada xəsarət alan uşaqlardan biri müalicə olunduğu Yeni Klinikada yanvarın 22-si saat 01:45 radələrində dünyasını dəyişib.
MİA.AZ
Britaniya Ukraynaya 350 milyon funt sterlinq yardım paketi ayırıb
Sabahın hava proqnozu açıqlandı
İzmirdə 7 nəfər qandallanıb - Terrora görə
Azərbaycan və Türkiyə prezidentləri görüşüb - FOTOLAR
İstanbulda FETÖ əməliyyatı: daha 36 nəfər saxlanıldı
"Dövlət rüsumu haqqında" qanuna daha bir - Dəyişiklik
Daha 10 qanuna əlavələr olunub - Dəyişiklik
ŞİRKƏT RƏHBƏRLƏRİNƏ CİNAYƏT İŞİ AÇILDI - Bir neçəsi axtarışa verildi
BU MƏHKƏMƏLƏRƏ YENİ HAKİMLƏR GÖNDƏRİLDİ - Təyinatlar təsdiqləndi (SİYAHI) - Yenilənib
Xanlar Vəliyev yeni vəzifəsinə təsdiqləndi - Məsələ Milli Məclisdə müzakirəyə çıxarıldı + FOTOLAR (YENİLƏNİB)
“QHT işi” üzrə daha bir nəfər cinayət məsuliyyətinə cəlb olunub
Qəzzada daha 22 nəfər həyatını itirib
Sayyad Aran: “Görün, sənət cameəmiz nə vəziyyətdədir?"
Ağdərəyə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşüb
Qarabağda torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - VİDEO
Rövşən Rüstəmov daha bir xanım məmurla yollarını ayırdı - Müşavir hansı vəzifəyə təyinat alıb? (FOTO)
Əsgər Abdullayevə AFFA-da vəzifə verildi
Konfrans Liqası: 1/4 final mərhələsinin ilk oyunları keçirilib
Azərbaycan neftinin qiyməti 2 dollar qalxdı
ABŞ indi də "süni intelektlə xarici tələbələri "ovlayır" - Ən xırda qayda pozuntusu olanların vizası ləğv olunur
İqtisad Universitetində ilginc tender: Məzun gününün mühafizəsinə nə qədər pul ayrılıb?
Nyu Yorkda helikopter çaya düşdü - 6 nəfər həlak olub
Dövlət katibindən İranla sabahkı görüş haqda açıqlama: "Ümid edirik ki, bu, sülhə gətirib çıxaracaq"
ABŞ PANAMAYA ORDU YERİDİB: “Artıq ora çoxlu əsgər göndərdik, lazımi əraziləri nəzarətə aldıq”
Ankaraya qar yağır
"Çin lideri dostumdur, onunla anlaşmağı səbirsizliklə gözləyirəm" - Tramp "Avropa İttifaqı geri çəkilməyə məcbur oldu" dedi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Erməniəsillilər Bakıda hakim qarşısına çıxarıldı - İfadələr verilir (FOTOLAR, YENİLƏNİB)
Bloger İmaməddin Əhlimanov istintaqa çağırıldı
ABŞ Çinlə dirəşib - Tramp tarifi 145 faizə qaldırdı
Yeni rektor kollektivə təqdim olundu - FOTOLAR
Xaricdə təhsil: nazirlik sənəd qəbulunu elan etdi
AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsinə əcnəbi təyin edilib
Sabah Yevlaxın 21 kəndinin qaz təchizatında fasilə yanacaq