"Sobsan" boya şirkəti Aşağı Güzdək qəsəbəsindəki gölü zəhərləyir - VİDEO

img

11-04-2025 [09:12]


"Sobsan" boya şirkətinin Aşağı Güzdək qəsəbəsində yerləşən zavodunun zəhərli tullantıları yaxınlıqdakı gölə axıdılır.

Bu iddialar mediada yayılıb.

Ajans.az saytının Baş redaktoru, jurnalist Tural Müseyibov görüntülərin yayılmasının ardından hadisə yerinə gedib. Məsələ ilə bağlı danışan vətəndaşlar bildiriblər ki, ərazidən daim pis qoxular gəlir.

Uzun illərdir ərazidə yaşayan vətəndaş qeyd edib ki, İcra hakimiyyətinin və FHN-nin nümayəndələri əraziyə baş çəkiblər, lakin hələ tədbir görülməyib.

Hadisə ilə bağlı video reportajı təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR