Dövlət katibindən İranla sabahkı görüş haqda açıqlama: "Ümid edirik ki, bu, sülhə gətirib çıxaracaq"

img

11-04-2025 [00:46]


"ABŞ və İran arasında şənbə günü birbaşa danışıqlara ümidl yanaşır. Güman edirik ki, bu danışıqlar sülhə gətirib çıxaracaq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə prezident Donald Trampın sədrliyi ilə keçirilən hökumətin iclasında deyib.

O, daha sonra Trampa xitabən sözlərinə belə davam edib: "Sizin sayənizdə (Trampı nəzərdə tutur- Mia.az) şənbə günü mühüm görüş olacaq. Sizin xüsusi nümayəndəniz səfir Stiv Vitkoff və yüksək rütbəli İran rəsmisi arasında uzun müddət sonra ilk dəfə birbaşa danışıqlar olacaq. Ümid edirik ki, bu, sülhə aparacaq".

Rubio əlavə edib ki, İran heç vaxt nüvə silahına sahib ola bilməz: "ABŞ-ın bu mövzuda çox aydın mövqeyi aparır. Ola bilsin ki, İranla sabahkı görüşdə çox şey əldə olunsun".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR