İsrail Türkiyəni niyə hədələyir? - İranı vurmaq üçün zəmin hazırlanacaq? (TƏHLİL)
10-04-2025 [21:50]
İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona son səfərində Donald Trampı Türkiyəyə qarşı qaldırmağa çalışdı.
Ancaq alınmadı. Amerika prezidenti bütün dünyanın gözü qarşısında Türkiyə və onun prezidenti haqqında yüksək fikirlər səsləndirdi.
İsrail nə istəyir?
İstəyir ki, ələvilərin yaşadığı ərazidə-Aralıq dənizinin sahilləri boyunca, Livan kimi bir qondarma dövlət düzəltsin. Eyni zamanda Suriyadakı Amerikan yanlısı PKK-çı kürdləri və duruzları Türkiyəyə qarşı qaldırsın. Ancaq İsrailin bu istəyinin baş tutacağı əvvəlcədən real görünmürdü. Niyə? Bəziləri bunu D.Trampın T.Ərdoğanla xüsusi dostluq münasibəti ilə izah etməyə çalışır. Bəli, onların arasındakı dostluq münasibətinin də bu işə müəyyən təsiri var. Ancaq əsas məsələ bu deyil. Məsələ ondadır ki, Türkiyə bütün parametrlər baxımından Yaxın Şərqdə dominant ölkədir. Bu, real siyasətdə ciddi rol oynayır. D.Trampın yerinə başqa bir prezident olsaydı o da Benyamin Netanyahuya oxşar cavab verəcəkdi.
Onu da xatırladım ki, Co Baydenin prezident olduğu son ildə Türkiyə ilə ABŞ arasında münasibətlərdə istiləşmə prosesi gedirdi. Və bu proses də Amerikanın Türkiyənin real gücü ilə hesablaşmaq zorundan qaynaqlanırdı...
İsrailin ən böyük yanlışı ondadır ki, o, eyni vaxtda həm İranı, həm də Türkiyəni ram etmək istəyir. Bu, İsrailin öz boyunu aşan bir gedişdir...
Ağlınız İrana getməsin. İsrail kefi istəyəndə gəlib İranı bombalayıb gedir. İran bunun qarşısını ala bilmir. Niyə? Çünki İranın havadan müdafiə sistemi son dərəcə zəifdir.
Türkiyədə isə vəziyyət ciddi şəkildə fərqlidir. Tayyib Ərdoğanın böyüklüyü ondadır ki, Türkiyənin hərbi-sənaye kompleksinin sürətli və keyfiyyətli inkişafına nail oldu. Ona görə də İsrail yaxşı başa düşür ki, Türkiyə ilə hərbi qarşıdurma ona çox baha başa gələ bilər. Ona görə də Türkiyə ilə anlaşmağa çalışır.
İsrail və Türkiyə Suriyada mümkün hərbi insidentlərin qarşısını almaq məqsədilə Bakıda danışıqlar aparır. Əlbəttə, bu danışıqlar Yaxın Şərqin yenidən şəkillənməsinə gətirib çıxaracaq...
Əslində Suriyanın Türkiyənin nəzarətinə keçməsi İsrailin xeyrinədir. Əvvəl İran Suriya ərazisindən İsrailə qarşı istifadə edirdi. Hizbullahı silahlandırırdı. Maraqlıdır ki, İran Suriyada at oynadanda İsraildən səs çıxmırdı. Türkiyənin Rusiya və İranı Suriyadan kənara atması İsraildə narahatlıq yaradıb.
Niyəsi də bəllidir. İsrail hesab edir ki, Türkiyə HƏMASı Suriyada yenidən gücləndirib ona qarşı istifadə edə bilər. Təsadüfi deyil ki, Benyamin Netanyahu D.Trampa deyir ki, HƏMAS-ın müttəfiqi olan Türkiyəyə F-35 qırıcıları verməyin. Ancaq Amerika artıq sözünü deyib. Türkiyə F-35-i alacaq...
Türkiyə ilə İsrailin münasibətləri dəfələrlə soyuyub, yenidən istiləşib. İran ilə isə İsrailin münasibətləri İslam İnqilabından üzü bəri-1979-cü ildən sonra, xüsusi ilə 1991-ci ildən başlayaraq pis olub. Bu münasibətlərin yaxşılaşma ehtimalı belə yoxdur...
İranın molla rejimi İsraili dövlət kimi tanımır. Ancaq 1980-88-ci illərdə İran İraqa qarşı apardığı müharibədə məhz İsraildən aldığı silahlardan istifadə edirdi. Məsələn, 1980-1983-ci illərdə İran İsraildən 500 milyon dollar dəyərində silah alıb. O vaxt üçün 500 milyon dollar fantastik məbləğ idi...
2000-ci ilin dekabrında Ayətullah Xamenei İsraili xərçəng xəstəliyi ilə müqayisə edib. Prezident Mahmud Əhmədinejad isə 2005-ci ildə İsraili “xəritədən silməklə” hədələdi...
Ayətullah Xamenei 2015-ci ildə isə demişdi ki, sionist rejiminin ömrü 25 ildən o yana getməyəcək.
Türkiyə isə Qəzzada apardığı əməliyyatlardan dolayı İsrail ilə 2024-cü ilin 13 noyabrında bütün əlaqələri kəsib.
Bu qarşıdurmanın kökü bir qədər əvvələ gedib çıxır. Cənab Ərdoğan 2009-cu ilin yanvarında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu konfransında İsrailin Qəzzada davranışını sərt şəkildə tənqid etdi. Toplaşan tamaşaçıların Peresi alqışlamasından sonra Ərdoğan: "İnsanların sizin dediklərinizi alqışlaması məni çox üzür. Siz insanları öldürdünüz. Məncə, bu, çox yanlışdır". Moderator, “The Washington Post”-un köşə yazarı David Ignatius, insanların şam yeməyinə getməsi lazım olduğunu deyərək Ərdoğandan sözünü bitirməsini istədi. Cənab Ərdoğan jurnalistə xatırlatdı ki, o, 12 dəqiqə, Peres isə 25 dəqiqə danışıb.
Bu söhbət tarixə “one minute” qalmaqalı kimi düşüb, ondan sonra isə cənab Ərdoğan bir daha Davosa getmədi...
Bir önəmli məqamı da deyim: İsrail hazırda Suriyadakı PKK-çı kürdləri dəstəkləyir. Ancaq bu da faktdır ki, İsrail PKK lideri Abdullah Öcalanın 1999-cu ildə həbsində müstəsna rol oynayıb. Niyə İsrail Abdullah Öcalanın həbsində Türkiyəyə yardım edib? Çünki PKK solçu təşkilatdır və anti-sionist mövqedən çıxış edirdi. Bu isə İsrailin maraqlarına zidd idi.
Uzun müddətdir ki, separatçı kürdlər İsrail ilə sıx münasibət qurublar. Təbii ki, PKK da anti-sionist mövqedən çoxdan imtina edib...
Yeri gəlmişkən, bu gün cənab Ərdoğan DEM partiyasının rəhbərliyini qəbul edib. Verilən bəyanatlar prosesin ciddi şəkildə irəlilədiyini göstərir. Heç şübhəsiz ki, Abdullah Öcalanın terrorsuz Türkiyə düşüncəsinə dəstək verməsi, PKK və ona bağlı qrupların silahlı mübarizədən imtinası rəsmi Ankaranın əlini daha da gücləndirəcək...
ABŞ-ın Suriyadan çıxması isə vəziyyəti kəskin şəkildə Türkiyənin lehinə dəyişəcək. Ona görə də əminliklə demək olar ki, İsrail Türkiyəni hədələsə də bundan uzağa gedə bilməyəcək. İranı isə İsrail vuracaq. Bu məsələdə ABŞ da İsrailə hər tərəfli dəstək verməyə hazırdır. Nə qədər ki, yəhudilərin ən yaxın dostu sayılan D.Tramp Amerika prezidentidir İsrail İran məsələsini həll etməlidir. Əks təqdirdə, İsrail xəritədən silinmə təhlükəsi ilə üzləşə bilər...
Elbəyi Həsənli. Sürix
MIA.AZ
Britaniya səfiri “Çelsi”yə qarşı - İngiltərənin “zadəgan”ları deyəsən bizı rəiyyət hesab edir?
PREZİDENT BİR QRUP ELM ADAMINI TƏLTİF ETDİ - Siyahı
Türkiyədə bu rayon "Fəlakət bölgəsi" elan olundu - Əhali köçürülür
Ankarada universitetdə partlayış: xəsarət alanlar var
Qəzzada ölənlərin sayı 68875-ə yüksəlib
Sərxoş kişi qadın prezidenti canlı yayımda qucaqlayıb öpdü, cangüdənlər... - VİDEO, FOTO
Hacıqabul və Qobustanda ov qaydalarını pozan əcnəbilər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İsrail ordusu daha 11 fələstinlini qandallayıb - Boşaldılan bəzi evləri isə "hərbi qərargah"a çeviriblər
Misir Mərdanovdan haqqındakı iddialara reaksiya: "Bu, böhtandır, hazırda öz işimin başındayam"
Ayxan Əzizov 24 aylıq diskvalifikasiya olunub
Ərdoğan HUDA PAR lideri ilə görüşüb - Mətbuata qapalı
Kürd lider həbsdən buraxılır - Ərdoğan "Məhkəmə hansı qərarı veribsə, o da olacaq" deyir
“Çelsi” dumanlı Albiondan çiskinli Bakıya gəldi - “Qarabağ”ın qələbəsi bütün mərc hesablarını alt-üst edəcək (VİDEO)
ABŞ-da tarix yazan yeni müsəlman lider: "Tramp, məni izlədiyini bilirəm, səsi qaldır"
Bir milyonu əldən çıxan generaldan maraqlı açqlama: "Onun axmaqlığından yazmırsız, elə mənim şəkilimi qoyursuz saytlara"
Pensiyalar bu qədər artacaq - Nazir açıqladı
Rasim Balayev qalmaqllı çıxışdan danışdı: “Bircə onu bilirəm ki...”
Prezident onları təltif etdi - SİYAHI
Zahid Oruc: ”Heydər Əliyev qonşu ölkələrin yaşıl, yaxud çarizmdən qalan qırmızı rəngli quruluşlarına yer tanımadı..." (Yenilənib)
Sabah yağış yağacaq
"Card to Art" layihəsi "Araz"ın Xankəndi filialında - FOTOLAR
Süni göl, güllə keçirməz şüşələr... - Ramiz Mehdiyevə nəhəng malikanələrdən birini nazir bağışlayıb, bəs digərlərini?
AzTV sədri vertolyot almaq istəyirmiş: "Burada ayda 6-7 min manat alan müxbirlər var" - "Müxbirin birinə 500, digərinə 3000 manat..."
Azərbaycanlı kriminal avtoritetlərə qarşı əməliyyat: biri öldürülüb, digəri... - Xərackəsmə, "razborka", pul yükləmə...
İlham Əliyev Ərəb Koordinasiya Qrupunun rəhbər şəxslərini qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
Xəzər dənizində zəlzələ olub - 3.1 bal gücündə
Filippində güclü qasırğa: böyük dağıntılar var, helikopter qəzaya düşüb - 72 nəfər ölüb, 26 nəfər isə...
KAPİTAN GENERALA NECƏ KƏLƏK GƏLİB: kabinetdə sayılan milyonlar, lüks maşınlar və... - İttiham aktı
İcra Hakimiyyətinin sektor müdirinin böyük obyekti üzə çıxdı - Bakının mərkəzində + SƏNƏDLƏR
Milli Məclis bəyanat yaydı
Çağdaş Atan "Konyaspor"un baş məqçisi təyin olundu: "Qürurluyam"
Zahid Oruc: Tam suverenlik həm də sülh və qarşılıqlı əməkdaşlığın əsas göstəricisinə çevrilə bilər
Azərbaycan nefti 65 dollara düşdü
Borclanan "Bank VTB" haqqında yeni xəbər yayıldı - Kassasındakı pulların 58 faizini götürüb!
Dünyanı heyrətə salan olay - Atlantik okeanında tonlarla kokain daşıyan sualtı qayıq açkarlanıb
Okan Buruk: "Bizə meydan oxuyacaq bir komanda ilə qarşılaşırıq"
Çempionlar Liqası: "Real", PSJ uduzdu... - Gecədən nəticələri
"Ayaks"ın oyunçu: "İnanıram ki, "Qalatasaray"ı məğlub edəcəyik"