Ayxan Hacızadə: "Əgər Fransa sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyirsə, o zaman..."
03-04-2025 [17:09]
Azərbaycan Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməniəsilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi iddiaları qətiyyətlə rədd etdiyini bildirib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə şərh verib.
XİN sözçüsü bildirib ki, Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi son 2 ildən artıq müddətdə müzakirə edilən legitim tələbin sual altına alınması və bunun yeni şərt kimi təqdim edilməsi qəbuledilməzdir: "Əgər Fransa iddia etdiyi kimi, həqiqətən də, sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyirsə, o zaman Ermənistan tərəfindən müvafiq addımların atılmasını təşviq etməlidir. Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməniəsilli şəxslərin azadlığa buraxılması çağırışlarına gəldikdə, vurğulayırıq ki, bu cinayətləri araşdırmaq və mühakimə etmək Azərbaycanın haqqıdır. BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi də bunu bir daha təsdiqləyib və məhkəmə prosesinə qarşı aparılan qarayaxma kampaniyasının əsassız olduğunu sübut edib".
A.Hacızadə vurğulayıb ki, digər ölkələrdə məhkəmə prosesinə müdaxiləyə cəhd edən Fransa tərəfinin ilk növbədə Fransada siyasi təqibləri və müxtəlif aksiyalarda etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələri, Fransa parlamentində rüşvətxorluq və korrupsiya hallarının yayılması kimi faktları araşdırması daha uyğun olardı: "Misal üçün, eyni iclasda bir deputatın Fransada məhkəmə sistemindən siyasi rəqiblərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi halda qanunun aliliyi ilə bağlı digər dövlətlərə müdaxilənin qəbuledilməzliyi ilə bağlı sualına cavabda Fransa nazirinin Fransa məhkəməsinin qərarını şərh edə bilməyəcəyi cavabı da Fransa tərəfinin ikili standartlarının bir göstəricisidir. Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik".
Ərdoğan AFAD mərkəzində: "Heç bir problem yoxdur"
Türkiyədə daha 3 şəhərdə məktəblər bağlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rektor müğənninin konsertini ləğv edib - Bu səbəbə görə
Sahibə Qafarova ilə Numan Kurtulmuş arasında telefon danışığı olub
İstanbulda ard-arda 127 zəlzələ... - "Bütün binalar 4 gün içində bir-bir yoxlanılacaq"
Prezidentin Çinə səfərində 4 mühüm məqam – Tarixi həmlələr (TƏHLİL)
Mahmud Abbas: "Böyük fəlakətlə üz-üzəyik"
BMT baş katibi: "Türkiyə dövləti və xalqı ilə tam həmrəyik"
Hadi Rəcəblinin oğlu ilə bağlı maraqlı xəbər yayılıb
Yüzlərlə insanı əsirlikdən qurtardı, 32 il sonra Cəbrayıla döndü: "Dedim ki, indi rahat yatın"
Əfv Komissiyası daha 100 müraciəti araşdırıb
Daha 57 maşın hərracda satılıb
İstanbulda məktəblər bağlanıb - Qərar verildi
BMT: "Qəzzada evlərin 90 faizindən çoxu dağılıb"
İstanbul valisindən zəlzələ haqda açıqlama: "151 yaralı var"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb
Şamaxıda məzarlıqda qətl: ər arvadını öldürüb (Yenilənib)
Növbəti iki gündə bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
İstanbulda güclü zəlzələ davam edir - 6.2 bal gücündə (Yenilənib)
Azərbaycanda saxlanılan Rusiya vətəndaşı geri təhvil verilib
Bakıda kombilər ləğv olunacaq? - Yeni qanun nə deyir?
İlham Əliyev Çinin Baş naziri ilə görüşüb - FOTO
İlham Əliyev Cao Lıci ilə görüşüb - Müzakirə + FOTOLAR
“İstilik təchizatı haqqında” qanun dəyişir
Gəncədə məktəblilər arasında yenə dava düşüb - Polisdən açıqlama
Elbrus dağında alpinistlər itkin düşüb
Vəkil olmaq istəyən 104 nəfər şifahi müsahibədən keçib - SİYAHI
Türkiyə S-400-ü Suriyaya yerləşdirir? - Amerikalı senatorlar Departamentə məktub yazdı, "Bu, İsrailə problem yaradacaq" dedilər
Sabah yağış yağacaq
Çin liderinin adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
Ərdoğan səfərə hazırlaşır: "Bunlar hədlərini bilmirlər"
Azərbaycan prezidenti Çin lideri ilə görüşdü - FOTOLAR (Yenilənib)
Sumqayıtda ağac kəsintisi araşdırılır
Bakıda və Abşeronda yağış yağacaq
Şərur sakininin meyiti su quyusuna atılıb (Yenilənib)
Mehriban Əliyeva, qızı Leyla Əliyeva və ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar
Aybəniz Haşımovanın 1200 manatını ələ keçiriblər: "Maraqlıdır ki, Aynişanın yazdığı cümləni mənə yazmışdı..."
Rəssam Putinin Trampa hədiyyə etdiyi portretin sirrini açdı: "Putin zəng etdi, dedi ki..." - "Bir qəpik almadım" (FOTO)
Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək