Rəssam Putinin Trampa hədiyyə etdiyi portretin sirrini açdı: "Putin zəng etdi, dedi ki..." - "Bir qəpik almadım" (FOTO)
23-04-2025 [11:07]
Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampa mart ayında hədiyyə etdiyi sirli rəsm gün üzünə çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsm əsərinin nədən bəhs etdiyini və necə olduğunun görüntüsünü isə müəllifi rəssam Nikas Safronov açıqlayıb.
O, Kremlin sifarişi ilə hazırlanan əsərdə Trampın 2024-cü ildə mitinqdə uğursuz sui-qəsd cəhdindən sonra çəkilmiş bir səhnənin təsvir olunduğunu bildirib.
CNN-ə danışan məşhur rusiyalı rəssam Nikas Safronov bildiirb ki, bu görüntü haqda ilk dəfə ictimaiyyətə danışır: "Rəsm Trampın Pensilvaniya ştatının Butler şəhərindəki mitinqində uğursuz sui-qəsd cəhdindən sonra yumruğunu havaya qaldırdığı dramatik anı təsvir edir. O anı göstərmək istədim, üzündəki qan və yara. O, qorxmadı, geri çəkilmədi. Yumruğunu qaldıraraq Amerika ilə bir olduğunu, ölkəsini layiqincə təmsil edəcəyini sübut elədi".
Safronov bildirib ki, ondan rəsm çəkməyi xahiş edənlərin əvvəlcə kim olduğunu bilməyib: "Bəzən təfərrüatları açıqlamayan müştərilərim olur. Amma bu dəfə mən bunun arxasında Kremlin olduğunu təxmin etdim. Bu işin iki ölkə arasında münasibətləri qaydaya salmaq məqsədi daşıdığını düşündüyüm üçün bir qəpiik pul almadım".
Safronov deyib ki, daha sonra Putinin özü ona zəng edib: "Rusiya lideri bu portretin ABŞ-la münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addım olduğunu dedi".
Xatırladaq ki, rəsm hazırda Ağ Evin Böyük Foyesində eks-prezident Barak Obamanın rəsmi portretinin yerində acılıb.
Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff əsəri “gözəl portret” adlandırıb: "Tramp bu hədiyyədən çox təsirləndi...".
Qeyd edək ki, rəsm əsəri indiyədək ictimaiyyətə göstərilməmişdi.
Lamiyə Əhmədli
MİA.AZ
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.