Məhkəmə Azər Qasımlı barəsində qərar verdi - Həbs müddəti uzadıldı

img

03-04-2025 [11:25]


Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Mia.az xəbər verir ki, bu barədə qərar Yasamal Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri iki ay müddətə uzadılıb(Report).

Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA