BMT-nin iki əməkdaşı həlak olub

img

01-04-2025 [00:17]


Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım İşləri üzrə Agentliyinin (UNRWA) iki əməkdaşı həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə UNRWA-nın baş komissarı Filip Lazzarini açıqlama verib.

O, təəssüflə bildirib ki, təşkilatın iki üzvü həyatı ilə vidalaşıb: "Daha iki həmkarımızın həyatını itirdiyini kədərlə öyrəndik".

Xatırladaq ki, indiyədək təşkilatın 408 üzvü həlak olub.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR