İcra Hakimiyyətinin qarşısındakı yol bu gündədir - VİDEO

img

01-04-2025 [22:07]


Paytaxtın bir sıra yollarında infrastrukturla bağlı ciddi problemlər var.

Mia.az Avtosfer.az-a istinadla xəbər verir ki, Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində yolların vəziyyəti uzun illərdir həll edilməyən problemə çevrilib.

Qəsəbənin Səməd bəy Mehmandarov küçəsindəki avtomobillərin hərəkəti üçün nəzərdə tutulan hissə yağıntılardan sonra bərbad vəziyyətə düşüb. Bu küçə “Bakıxanov Mall” ticarət mərkəzi ilə Sabunçu Rayon İcra Hakimiyyəti arasındadır və qəsəbənin ən çox istifadə edilən küçələrindən biridir. 

Yolların bu halda uzun müddət qalması həm nəqliyyat vasitələrinə zərər verə, həm də sürücülər üçün qəza şəraiti yarada bilər. Sözügedən yolun yanındaki səkidə bir müddət təmir işləri getsə də, yolda hansısa infrastruktur dəyişikliyi edilmədi.

Sakinlər aidiyyəti qurumlardan küçənin tezliklə təmir edilməsini xahiş edir. 

Həmin küçədə yaranan vəziyyətin görüntülərini sizə təqdim edirik:

Fidan


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:04 02.04.2025

Sabah yağış yağacaq