Sabiq deputat binanın damında qanunsuz tikinti aparır - Komitə təsdiqlədi (FOTO, YENİLƏNİB)
01-04-2025 [18:22]
Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanında yerləşən “Kəpəz” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının damında aparılan işlərlə bağlı aprelin 1-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib, nəticədə, razılaşdırılmamış tikinti işlərinin aparıldığı müəyyən edilib.
Mia.az xəbər verir ki, bu barədə Memarlıq və Şəhərsalma Komityəsi məlumat yayıb.
Bildirilib ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün Baş İdarə tərəfindən dayandırılıb və akt tərtib edilib: "Eyni zamanda, şəhərsalma nəzarəti çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edilib”.
Qeyd edək ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin baxışı vətəndaşların şikayəti əsasında aparılıb.
Şikayətçilərin sözlərinə görə, binanın damında əlavə mərtəbə tikmək məqsədilə söküntü işləri aparılır: “Şəhərin mərkəzində insanların həyatını təhlükəyə ataraq binaya əlavə mərtəbə artırmaq tamamilə qanunsuzdur. Çünki binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış sahəsi yaratmaq məqsədilə binanın damını tamamilə sökür. Gələcəkdə bu mənzilləri alan vətəndaşlar ciddi risklə üzləşəcəklər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, tədbir görülmür”.
***
Sabiq deputat Mahir Aslanova məxsus MTK-nın inşa etdiyi binanın damında söküntü işləri aparılır. Söhbət Bakı şəhəri, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanlarında yerləşən binadan gedir. Bina “Kəpəz” MTK tərəfindən inşa edilib.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, bu vəziyytədən sakinlər narazıdır. Sakinlər bildirir ki, binanın damında söküntü işlərinin aparılmasında məqsəd mansard tikilməsinə hazırlıqdır.
“Binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış məqsədli mənzil düzəltmək üçün binaların damlarını tamamilə sökürlər. Gələcəkdə bu evləri alan vətəndaşlar çox böyük risk almış olacaqlar. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlansa da tədbir görülmür”- deyə müraciətdə qeyd edilir.
Məsələ ilə bağlı MTK-dan münasibət öyrənmək mümkün olmadı.
Qeyd edək ki, sabiq deputatın biznesinə “Happy inn” otel, “Kəpəz Hospital” və “Kəpəz Group” da daxildir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib
DTX-dən daha bir şok əməliyyat: xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi qandallandı
İCRA BAŞÇISININ KÜRƏKƏNİ RƏİS TƏYİN EDİLDİ - Gömrük Komitəsində daha bir diqqətçəkən dəyişiklik oldu
“Azergold”da növbəti tender müəmması - ADI DƏLƏDUZLUQDA HALLANAN ŞİRKƏTİ KİMLƏR QALİB EDİB?
Mübariz Mənsimovdan haqqındakı iddiaya reaksiya: "O televiziya kanalı ilə heç bir əlaqəm yoxdur və..."
Attestat və diplomlar yalnız elektron qaydada veriləcək
Beş ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb - Səbəb
Ukrayna BMT TŞ-nin təcili toplantısını tələb etdi - Rusiyanın "Oreşnik" hücumuna görə
Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər ləğv olunub
Hondurasda deputatın üstünə bomba atıblar - FOTO
Sabah yağış yağacaq
Bakıda müəllim direktor müavinini döyüb
Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib - FOTOLAR
Ağdərənin 4 kəndinə köç olub
Həkimin cinayət işi məhkəməyə göndərilib