Sergen Yalçın proqnoz verdi: ""Qalatasaray" qarşıdakı 8 oyunda 4 xal itirəcək"

img

01-04-2025 [00:03]


""Qalatasaray sonadək hər matçda qalib gələ bilməyəcək. Ən azı 1-2 matçda daha xal itirəcək".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Beşiktaş" - "Qalatasaray" derbisi ilə bağlı şərh verən məşhur şərhçi Sergen Yalçın deyib.

Ekol TV-yə danışan Yalçın "Qalatasaray"ın qarşıdakı 8 oyunda ən azı 4 xal itirəcəyini iddia edib: "Qarşıda "Qalatasaray"ın 8, "Fənərbağça"nın isə 9 oyunu qalıb. Hesab edirəm, "Qalatasaray" bu oyunlardan 2-də xal itirəcək. Yəni, minimum 4 xal. Bu isə "Fənərbağça"ya avantaj yaradacaq...".

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR