Almaniyanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, rəsmi Berlin üzr istədi - Məktub (Yenilənib)
01-04-2025 [08:50]
Almaniya Prezidenti Administrasiyası bu ölkənin Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib.
Mia.az AZƏRTAC-a istinadla həmin üzrxahlıq məktubunu təqdim edir:
"Hörmətli Hikmət Hacıyev,
Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib.
Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.
Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.
Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır".
Qeyd edək ki, Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub.
Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb.
Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.
***
Martın 31-də Almaniyanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.
Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb.
Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb.
Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının Azərbaycana qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu qeyd edilib.
Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanda “Dağlıq-Qarabağ” adlı inzibati ərazi vahidi olmadığı xatırlanıb. Ərazilərimizə istinad edərkən mövcud olmayan, siyasi qərəzli və saxta adlardan istifadə etməkdən çəkinməyin zəruri olduğu bildirilib.
Ursula fon der Leyen: "Avropa İttifaqı ABŞ-ın tarif həmləsinə cavab verməyə hazırdır, bizim buna gücümüz var"
Myanmada zəlzələ: ölənlərin sayı artıb
Lavrov: "ABŞ-la yeni görüşə hazırlıq gedir"
Qəzza zolağında daha 14 mülki şəxs ölüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xırdalanda 32 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb
İcra Hakimiyyətinin qarşısındakı yol bu gündədir - VİDEO
Etibar Məmmədovun 70 illik yubileyindən - FOTOLAR
Türkiyəsiz Azərbaycan: CHP hakimiyyətə gəlsə, bu model gerçəkləşəcək - HAZIRLAŞAQMI
Almaniya prezidenti Bakıda belə qarşılandı - FOTO
Ağ Ev: "2 aprel Amerika tarixinin ən mühüm günlərindən biri kimi tarixə düşəcək" - Amerikalıların qarət edildiyi günlər arxada qalacaq"
Antalyada zəlzələ oldu - 4,1 bal gücündə
Heydər Əliyev Mərkəzində 6500 illik palıd ağacından hazırlanan “Qəlbim sənindir” əsərinin təqdimatı olub - FOTOLAR
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib: "Meyitləri çıxaranda yaralandım" - FOTOLAR
"Oğluma atasız qız almaram" deyən aparıcı haqqında tədbir görüldü - Veriliş qapadıldı (YENİLƏNİB)
Ceyhun Bayramov Avropa İttifaqı rəsmiləri ilə müzakiə aparıb
Sabiq deputat binanın damında qanunsuz tikinti aparır - Komitə təsdiqlədi (FOTO, YENİLƏNİB)
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Melissa Group”da satış dayandırıldı
Qarabağ zonasında daha 4556 hektar ərazi minalardan təmizlənib
Aparıcı "Oğlum olsa, ona atası olmayan qızı almaram” dedi, kanalın yayımı dayandırıldı - Xəbərdarlıq
AFFA-da "Barselona" klubunun nümayəndələri ilə görüş olub
Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sumqayıtda yük avtomobili elektrik cərəyanına toxunub, sürücü ölüb
Myanmada 5,0 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda istismarına icazə verilməyən binalarda 55 mindən artıq mənzil sənədləşdirilib
Məhkəmə MN-nin sabiq vəzifəli şəxsi barədə qərar verib
Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşüb
Xocavənddə partlayıcı qurğu tapılıb
Müəllimlərə “hinduşkabaş” deyən direktor vəzifədən çıxarıldı
Müğənni Xatirə Birləşmiş Ərəb Əmirliyində - FOTOLAR
“Yayılan şayiələrə mən önəm vermirəm və..." - Hacıbaba Bağırovun xanımından açıqlamalar
Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub
Bakıda YUĞ Teatrına yeni bina veriləcək - Nazirlikdən açıqlama
"Vətəndaş mənzilinə əlavə giriş açmaq niyyətində olub" - MKTB qalmaqallı xəbərə aydınlıq gətirdi (FOTOLAR)
Hərbi vəzifəlilərlə bağlı qanun dəyişdi - Detallar
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
ONLARA TƏQAÜD VERİLƏCƏK - Sərəncam
Bu uşaqlara 2600 manat birdəfəlik müavinət ödəniləcək
Magistraturaya qəbul imtahanı başlayıb - ŞƏRTLƏR