“Melissa Group”da satış dayandırıldı

img

01-04-2025 [17:50]


“Melissa Group” tikinti şirkətinin Bakının Alatava yaşayış massivində vətəndaşın evini uçurması ötən həftəyə damğasına vurub.

Böyük ictimai narazılıq yaradan bu hadisə hələ də müzakirə edilir.

Öncə şirkətin iş icraçısı və ekskavatorçusu saxlanıldı. Ardından qurumun rəhbəri Qalib Məmmədov həbs edildi. Onun barəsində məhkəmənin hökmü ilə 1 ay həbs qətimkan tədbiri seçilib.

Hazırda sözügedən şirkətin fəaliyyət göstərirmi? 

Tikinti, satış işləri davam edirmi? Globalinfo.az “Melissa Group” tikinti şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, tikinti işləri davam edir: “Hazırda evlərin satış prosesi dayandırılıb. Lakin tikinti davam edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:04 02.04.2025

Sabah yağış yağacaq