İran ordusu savaşa hazırlıq səviyyəsinə gətirildi, rəsmi Tehrandan xəbərdarlıq: "Yeraltı hərbi bazaların yerləşdiyi bütün şəhərlərdə..." (YENİLƏNİB)

img

31-03-2025 [14:52]


İran ABŞ prezidenti Donald Trampın təhdidləri fonunda raket sistemlərini həyəcan vəziyyətinə gətirib.

Qeyd olunub ki, hazırda yeraltı hərbi bazaların yerləşdiyi bütün şəhərlərdə buraxılış qurğuları hazırlanır.

"Tehranın onun şərtləri əsasında yeni nüvə sazişi ilə razılaşmadığı təqdirdə prezident Donald Trampın dəfələrlə təhdidləri fonunda İran ordusu ABŞ-la mövqeləri vura biləcək raketlər hazırlayıb", - məlumatda deyilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib(APA)

***

İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın İslam Respublikasına hava hücumları ilə bağlı bəyanatlarını BMT Nizamnaməsinin pozulması hesab edir.

Bu barədə XİN-in mətbuat katibi İsmayıl Baqei məlumat verib.

“Dövlət başçısı tərəfindən açıq şəkildə “bombalama” hədəsi beynəlxalq sülh və təhlükəsizliyin mahiyyətinə sarsıdıcı təhqirdir. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozur və BAEA-nın zəmanətlərinə xəyanət edir”, - o, “X” sosial şəbəkəsində yazıb.

Baqeinin sözlərinə görə, zorakılıq zorakılığı doğurur, ABŞ isə öz kursunu seçə bilər, sadəcə, bunun nəticələrini də qəbul etməlidir.

Xatırladaq ki, Ağ Evin rəhbəri dünən İranın ya iki ay ərzində nüvə silahı üzrə sazişi imzalayacağını, ya da ABŞ tərəfindən bombardmanlara məruz qalacağını bəyan edib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR