Masazırda bu da oldu - VİDEO

img

31-03-2025 [09:01]


Abşeron rayonu, Masazır qəsəbəsində heyvan qanı kanalizasiya suyuna qarışaraq küçə boyu axır.

Mia.az Xəzər TV-yə istinadən məlumat verir ki, Masazır qəsəbəsində yaşanan bu vəziyyət sakinləri ciddi narahat edir.

Sakinlərin bildirdiyinə görə, bu problem yeni deyil. Ət kəsimi və digər fəaliyyətlərlə əlaqəli olan bəzi müəssisələr tullantılarını düzgün idarə etmədiyi üçün qəsəbə sakinləri antisanitar şəraitlə üzləşirlər.

Sakinlər bildiriblər ki, küçələrə yayılan qanlı su təkcə xoşagəlməz görüntü yaratmır, eyni zamanda, müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər. Kanalizasiya daşır, nəticədə, küçələr keçilməz olur.

Onlar aidiyyəti orqanlardan tədbirlər görülməsini istəyirlər.

Abşeron Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov bildirib ki, problemin qısa vaxt ərzində aradan qaldırılmasına başalanılacaq.

Adıçəkilən qurumdan o da bildirildi ki, hazırkı xoşagəlməz vəziyyət araşdırılır. Tezlikdə ciddi tədbirlər görüləcək.

Sakinlər həmçinin kəsilən heyvanın qanının küçəyə axması problemi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etməyi planlaşdırırlar.

Ətraflı süjetdə:


Digər xəbərlər
SON XƏBƏRLƏR