Bakıda məzarlıqda şok hadisə - VİDEO

img

25-03-2025 [11:21]


Bayramla əlaqədər qardaşının məzarını ziyarət edən şəxs qarşılaşdığı hadisədən heyrətə gəlib. Qardaşının məzarının yerində başqa şəxsin dəfn edildiyini görüb.

Mia.az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəbiristanlığında baş verib. Elxan Sultanov iddia edir ki, onun qardaşının başdaşı da qırılaraq atılıb.

Elxan Sultanov deyir ki, dəfn edilən şəxslərin yaxınlarını tapıb. Onlar söz veriblər ki, həmin şəxsin nəşini çıxarıb başqa bir yerdə təkrar dəfn edəcəklər. Ancaq bu vədə əməl edilməyib.

O bildirib ki, istəyi verilən vədə əməl edilməsi, həmin şəxsin başqa yerdə dəfn olunmasıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA