Qurban Məmmədov Baş Prokurorluğa çağırıldı - TƏFƏRRÜAT
17-03-2025 [09:29]
Vaxtilə siyasətdə olan, son illər isə Britaniyada yaşayan və blogerlik edən Qurban Məmmədov Baş Prokurorluğa çağırılıb.
Mia.az xəbər verir ki, Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilib ki, Baş Prokurorluğunun İstintaq idarəsi tərəfindən təqsirləndirilən şəxs Qurban Cəlal oğlu Məmmədov barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Təqsirləndirilən şəxs 02.04.1959-cu il təvəllüdlü Qurban Cəlal oğlu Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Qurban Məmmədov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 aprel 2025-ci il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Qurban Məmmədov nədə ittiham olunur?
Qurban Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin <a href="https://savashmedia.az/qurban-memmedov-bas-prokurorluga-cagirildi" target="_blank">12.1,</a> 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə təqsirləndirilir.
Qurban Məmmədovun 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə, həmçinin 26 mart 2019-cu il, 29 iyun 2019-cu il, 18 oktyabr 2019-cu il, 27 oktyabr 2019-cu il tarixlərdə internet informasiya resurslarında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak zərərinin vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, yəni terrorçuluğa, habelə əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etməsinə, həmçinin 11 iyul 2023-cü il tarixdə "AzerFreedom TV" internet platformasında işinə görə ona məlum olan dövlət sirri təşkil edən məlumatları ağır nəticələrə səbəb olaraq dövlətə xəyanət əlamətləri olmadan yaymasına əsaslı şübhələr müəyyən edilib.
Barəsində həbs və axtarış qərarı
Cinayət işi üzrə 07.09.2020-ci il tarixli qərarla Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-cu il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 07.06.2019-cu il tarixli qərarla Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, 20.12.2023-cü il tarixdə ona Cinayət Məcəlləsinin 214-2, 220.2 və 284.2-ci maddələri ilə yeni məzmunda ittihamın elan edilməsi haqqında qərar qəbul edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün 13.03.2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilərək həmin idarədə ibtidai istintaqı aparılan cinayət işinə birləşdirilərək vahid icraatda ibtidai istintaq davam etdirilir.
İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 13 mart 2025-ci il tarixdə Məmmədov Qurban Cəlal oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.4-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Qurban Məmmədova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və bu, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu
Azərbaycandan Ermənistana daha 11 vaqonluq yük yola salınıb
İran ordusu 3 saat ərzində ABŞ-İsrail bazalarına ağır zərbələr endirdi: "İki tonluq raketlərdən də istifadə olunub"
İsveçrədə avtobusda dəhşətli intihar - 6 nəfər yanaraq kül oldu
QARABAĞIN DAHA İKİ BÖLGƏSİNƏ KÖÇ OLDU
Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: "Qalatasaray" - "Liverpul" oyununda qapılara 3 qol vuruldu, ikisi sayılmadı (Yenilənib)
Departament müdiri vəzifədən getdi
Türkiyədə vəzifəli şəxs katibə ilə evdə "yaxalandı" və...
Avropa çempionatı: iki güləşçisimiz finala yüksəlib (Yenilənib)
Kanadadakı ABŞ Konsulluğunda silahlı insident: nə baş verib?
Ramazanın 21-ci gününün duası: imsak və iftar vaxtı
İki qanlı futbolçuya futbol ömürlük qadağan olundu - Səbəb
İsrail Beyrutu bombalayıb
İran BƏƏ-ni 9 ballistik raket, 35 PUA ilə vurdu - 6 nəfər həlak olub
Finlandiya prezidenti İlham Əliyevə zəng edib
İsrafçılıq və ehtiyac
İsraildə Azərbaycan vətəndaşları həlak olub (Yenilənib)
Daha bir tiktoker həbs edildi
Gəncənin Baş planı təsdiqlənib
Könül Həmzəyeva axtarışa verildi