İKİ QHT RƏHBƏRİ HƏBS EDİLDİ - Baş Prokurorluqda cinayət işi açılıb

İKİ QHT RƏHBƏRİ HƏBS EDİLDİ - Baş Prokurorluqda cinayət işi açılıb

CƏMİYYƏT

14.03.2025, 21:58

Bu gün QHT sədri həbs olunub.

Mia.az xəbər verir ki, Seçki Müşahidə Alyansının rəhbəri Altay Məmməd Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında adıçəkilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

***

Bu gün daha bir Qeyri-hökümət Təşkilatının (QHT) rəhbəri həbs edilib.

Mia.az xəbər verir ki, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında adıçəkilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR